Dünya iqtisadiyyatı son 30 ilin ən pis vəziyyəti ilə üzləşə bilər
Bloomberg Economics-in məlumatına görə, Ukraynada müharibə və enerji şokları davam etdiyi üçün dünya iqtisadiyyatı son 30 ilin ən pis dövrünü yaşamaq riski ilə üzləşib."Bloomberg Economics"in analitiki Skot Consonun (Scott Johnson) təhlilinə görə, 2022-ci ildə 3,2 faiz artacağı gözlənilən qlobal iqtisadiyyat 2023-cü ildə yalnız 2,4 faiz artacaq. Bu temp 2009 və 2020-ci il böhranları istisna olmaqla, 1993-cü ildən bəri ən aşağı artım tempi ola bilər.
Bununla belə, artım rəqəmləri ölkəyə görə fərqli olacaq, Avro Bölgəsində tənəzzül 2023-cü ildə başlayacaq və "Sıfır Kovid" siyasətinin sona çatması ilə Çin iqtisadiyyatının 5 faizdən çox böyüməsi gözlənilir.
Bununla belə, mərkəzi bankların pul siyasətinin fərqli olacağı qeyd edilib.
Conson pul siyasətləri ilə bağlı, "2022-ci ildə Fed və digər bir çox mərkəzi banklar məhdudlaşdırıcı sahəyə doğru hərəkət edirlər, 2023-cü ildə yolların ayrılacağınıı görəcəyik. ABŞ-da maaş artımları inflyasiyanı hədəfin üzərində saxlamağa davam edəcək. FED-in faizi 2024-cü ildə 5 faizə çatacaq. İlin ilk rübünə qədər orada qalacağını düşünürük.
Avrozonada inflyasiyanın sürətlə aşağı düşəcəyini gözləyirik. Bölgənin gələn ilə tənəzzüllə başlayacağını və yüksək enerji qiymətləri və sərt maliyyə şərtləri səbəbindən iqtisadi artımın il boyu sabit qalacağını proqnozlaşdırırıq. İnflyasiyanın sürətli enişinin 2023-cü ilin sonunda faiz dərəcələrinin azaldılmasına səbəb olacağını gözləyirik",- bildirib.
Conson qeyd edib ki, Çinin "Sıfır Kovid" siyasətindən çıxması və daşınmaz əmlak sektoruna verilən dəstək 2023-cü ildə iqtisadi artımı 5,1 faizə yüksəldə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







