"Sosial sahibkarlıq mənəvi dəyərdir" kitabının və veb səhifəsinin təqdimatı keçirilib
1 dekabr tarixində "Cığır" Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qalibi olan "Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəsi çərçivəsində nəşr olunan "Sosial sahibkarlıq mənəvi dəyərdir" kitabının və layihə çərçivəsində yaradılan sosialsahibkarliq.org veb səhifəsinin təqdimat mərasimi keçirilib.
"Libraff" kitab evində baş tutan tədbirdə icraçı direktor Nüşabə Hüseynova açılış nitqini edərək Birliyin sosial sahibkarlıq fəaliyyətindən söhbət açaraq sosial sahibkarlığın cəmiyyət üçün mühüm rol oynadığını, mənəvi dəyərlərin formalaşmasında və qorunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi, Bakı şəhər Ticarət və Xidmət departamenti, BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi, Sahibkarlığın İnkişafı Fondu, "ANC" Group MMC, "Grand" marketlər şəbəkəsi, Nar Mobile şirkəti, Gəncliyə Yardım Fondu, "Master CC" Academy, Sosial Dəstək Mərkəzi, "Teas Press" nəşriyyatı və digər dövlət qurumlarından nümayəndələr, millət vəkili Aydın Mirzəzadə, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının müdafiəsi" İB-nin sədri Mehriban Abdullayeva, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Rəsmiyyə Abdullayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Məzunlar Birliyinin sədri Ülkər Zeynalova, universitet müəllimləri, tələbələr, sosial sahibkarlar və digər qonaqlar da iştirak ediblər.
Kitabın ərsəyə gəlməsində böyük rolu olan dizayn və redaksiya heyəti olan gənclər təəssüratlarını bildirərək kitabın sosial sahibkarlığa gedilən yolda mənəvi dəyərlərin əhəmiyyətindən söhbət açdığını və sosial dəyər qazanmaq istəyənlərə yol xəritəsi olacağını qeyd ediblər.
İB-nin sosial sahibkarlıq layihələri üzrə meneceri Rəfiqə Nurullayeva və layihələrin tərtibatı və strateji inkişaf departamentinin rəhbəri Elbəy Əliyev hazırladıqları sosial sahibkarlıq fəaliyyəti haqqında monitorinqlə tanış ediblər. Bu monitorinqdə Azərbaycanda fəaliyyət göstərən sosial sahibkarlar, həmçinin bu sahə ilə əlaqəli şəxslər və ekspertlərlə keçirilmiş görüşlər, təşkil olunmuş müzakirələr yer alaraq mövcud ekosistemdə sosial sahibkarlığın ümumi dəyərləndirilməsi öz əksini tapmışdır.
Daha sonra Black Agency şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan sosialsahibkarliq.org veb səhifəsinin təqdimatı keçirilib. Bu veb səhifədə layihələrin məhsullarının onlayn satışı təmin olunacaq eyni zamanda sosial sahibkarlıq məfhumu haqqında məlumat bazası əks olunacaqdır. Veb səhifənin qurulması həm bu layihələrin daha çox hədəf kütləsinə çatmasına və eyni zamanda bir neçə aztəminatlı şəxsin işlə təmin olunmasına şərait yaradacaqdır.
Sonda tədbir iştirakçılarına kitab hədiyyə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 16 d. əvvəl
-
20 d. əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 23 d. əvvəl
- 28 d. əvvəl
-
13 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
15 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Amazon Web Services Azərbaycanda
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ












.jpg)







.jpg)

