970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Müştərilərinə daim ən son rəqəmsal ödəniş həlləri təqdim edərək onların gündəlik həyatını asanlaşdıran Bir ekosistemi daha bir yenilik təqdim edir.

Belə ki, ekosistemin tərkib hissəsi olan və təqdim olunduğu vaxtdan müştərilərə rəqəmsal əməliyyat imkanları yaradan m10 tətbiqdaxili rəqəmsal kartı ilə də vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırır. Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə tərəfdaşlıq çərçivəsində təqdim olunan yeni rəqəmsal kart, m10 istifadəçilərinə dünyanın hər yerində rahat ödəniş imkanı tanıyır.  

Yeni m10 rəqəmsal kartının ən vacib özəlliyi odur ki, kartın balansı birbaşa istifadəçinin mövcud m10 elektron pulqabısı ilə eynidir. Artıq m10-da qeydiyyatdan və üztanıma identifikasiyasından uğurla keçən istifadəçilər kartı saniyələr içərisində  aktivləşdirə bilərlər. Kartdan istifadəyə başlamaq üçün tətbiqin əsas ekranında olan “Kartı Oyat” düyməsinə klikləmək kifayətdir. Bu proses bazarda mövcud olan ən sürətli rəqəmsal kart aktivləşdirmək üsullarından biridir. Yəni, istifadəçilər kartı aktivləşdirdikləri andan etibarən dərhal ödəniş edə bilərlər.

m10 rəqəmsal kartı ilə istənilən təmassız ödənişləri qəbul edən POS terminallarda (NFC) ödəniş etmək mümkündür. Kartı “Apple Wallet” və “Google Wallet” mobil cüzdanına əlavə etməklə ödənişləri internet bağlantısı olmadan da həyata keçirmək olar.

Onlayn ödəniş, müxtəlif saytlara kart məlumatlarını əlavə etmək və ya səyahət zamanı xaricdə alış-veriş kimi bütün imkanlar m10 rəqəmsal kartı vasitəsilə əlçatandır. Qeyd edək ki, yeni rəqəmsal kartın üstünlükləri ilə yanaşı, m10 cüzdanının digər mövcud funksiyaları da aktivdir. Belə ki, tətbiqdaxili ödənişlər, QR ödənişlər, m10 cüzdanları arasında əməliyyatlar, ölkədaxili və xarici pul köçürmələri, eləcə də və BakıKart ödənişləri kimi bütün üstünlüklər əvvəlki kimi qüvvədə qalır.

Xatırladaq ki, m10 ötən aylarda Amsterdam şəhərində keçirilən Money 20/20 Europe forumunda iştirak edərək, Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə strateji əməkdaşlığa başladığını elan etmişdi. Bu strateji əməkdaşlığın gətirdiyi üstünlüklər çərçivəsində, m10 rəqəmsal kartı kimi beynəlxalq ödəniş həllərinin istifadəyə verilməsi daha da rahat həyata keçirilə bilir və bu, Azərbaycanın rəqəmsal maliyyə həllərinin beynəlxalq arenada tanıdılması üçün mühüm addımdır.

Ətraflı məlumat üçün link: www.b-b.az/bmdc

Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

m10 m10rəqəmsalkart Birekosistem Birbank Birmarket MilliÖn Mastercard m10Mastercard rəqəmsalödəniş POSödəniş NFCödəniş AppleWallet GoogleWallet onlaynödəniş offlineödəniş QRödəniş pulköçürməsi xaricdəödəniş elektronpulqabısı m10cüzdan ödənişhəlli raqəmsalmaliyyə həyatrasan ödəməsistemləri TrendyolAzərbaycan BakıKart loyallıqproqramı iştirakçıbrendlər innovativhəllər ekosisteminteqrasiyası əlçatanödənişlər sürətliödəniş rahatödəniş sərfəliödəniş təhlükəsizödəniş
18.12.2025 12:18

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18