Azərbaycan tələbələri Beynəlxalq Nobel Festivalında iştirak edir
Tanınmış astrofizik Azərbaycanda səfərdə olacaq(®) Coca-Cola şirkətinin dəstəyi, SABAH Qrupları, Azərkosmos Kosmik Agentliyi və ADA Universiteti Fondunun tərəfdaşlığı ilə Azərbaycan gəncləri təhsil, elm və texnologiyalar forumu olan - Beynəlxalq Nobel Festivalında (NobelFest) iştirak edirlər.
NobelFest Avrasiya qitəsinin tələbələr üçün təşkil edilən və onlayn rejimdə keçirilən ən böyük elm, təhsil və texnologiyalar forumudur.
Forum çərçivəsində dünyanın bir sıra tanınmış elm xadimləri, Nobel mükafatı laureatları, beynəlxalq biznes şirkətlərinin rəhbərləri online foruma qatılaraq çoxsaylı universitet və tələbələrə müxtəlif mühazirələr oxuyur və maraqlı müzakirələrdə iştirak edirlər.
“Gələcəyin texnologiyaları” mövzusu altında keçirilən elm, təhsil və texnologiyalar sahəsində müasir trendlər, yeniliklər, qlobal və regional innovasiyaların müzakirə olunacağı festivalın 26 oktyabrda rəsmi açılışı baş tutub və forum 4 noyabra qədər davam edəcək.
Coca-Colanın dəstəyi ilə təşkil olunan NobelFest artıq üçüncü ildir ki, keçirilir və Azərbaycan tələbələri bu forumda fəal iştirak edirlər.
Festivalın tərkib hissəsi kimi müxtəlif sahələri təmsil edən tanınmış alimlərin region universitetləri ilə görüşləri çərçivəsində Coca-Cola və “Azərkosmos”un dəvəti ilə tanınmış astrofizik Lorens Kraus (Lawrence Krauss) 28-29 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. Alimin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərkosmosun əməkdaşları ilə görüşləri, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universitetinin tələbələri üçün seminarları keçiriləcək.
Coca-Cola şirkətinin Orta Asiya və Qafqaz regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev tədbirin gənclər üçün xüsusi önəm daşıdığını qeyd edib: “Dünyanın qlobal şirkətlərindən olan Coca-Cola gənclərin inkişafına dəstək olan proqramlar həyata keçirir. NobelFest də belə proqramlardan biridir. Düşünürəm ki, dünyanın tanınmış alimləri ilə birbaşa ünsiyyət imkanı gənclərin gələcək inkişafında, elmi araşdırmalarında böyük nailiyyətlərə həvəsləndirəcək”.
Tədbir haqqında məlumat və mühazirələri dinləmək üçün bu linkə keçid edin: https://nobel-fest.inpolicy.net/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
16 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib













.jpg)






