ABA ilə Vəkillər Kollegiyası arasında Memorandum imzalandı
18 oktyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyası (Vəkillər Kollegiyası) arasında birgə qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumu ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar.
Memorandum imzalanmasını müsbət qiymətləndirən ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev bu sənədin gələcəkdə məhkəmə-hüquq sahəsində müvafiq proseslərinin daha da təkmilləşdirilməsinə, o cümlədən bank sahəsində yaranan mübahisələrin həllində vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına dəstək olunmasına töhvə verəcəyini xüsusi qeyd edib.
Onun sözlərinə görə, bu Memorandum bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili və bu istiqamətdə zəruri təkliflərin hazırlanması, maliyyə-bank sisteminə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında vəkillərin peşəkar iştirakını, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradacaqdır.
“Məhkəmə-hüquq sistemində islahatlarin dərinləşdirilməsi haqqinda” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının qəbulu məhkəmə-hüquq sisteminin inkişafında yeni islahatların həyata keçirilməsində mühüm rol oynamişdir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşmış məhkəmələrin və vahid məhkəmə təcrübəsinin yaradılması, elektron məhkəmə və icrası sisteminin tətbiq edilməsi və məhkəmə qərarlarının effektiv icrası sektor üçün xüsusi önəm kəsb edir. Vəkillər Kollegiyasının fəaliyyətindəki mütərəqqi dəyişikliklərin də təsiri ilə ölkəmizdə hüquqi yardım keyfiyyətinin durmadan artdığını, bu da öz növbəsində bizim sektorda xidmət və məsləhətlərin səviyyəsinin yüksəldiməsinə xidmət etdiyini qeyd edən Z.Nuriyev bank sektorunda da coxlu sayda vəkillərin çalışdığını bildirib. O, bank mübahisələri həllində vəkillərin rolunun effektivliyinin artırılması, banklarda çalışan vəkil və hüquqşünasların güclu və nüfuzlu vəkillik institutundan bəhrələnməsi istiqamətində fəaliyyətimizin bundan sonra da davam edəcəyinə əminliyini söyləyib.
Daha sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək, Vəkillər Kollegiyasının əsas vəzifələrindən birinin hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O həmçinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, ötən dövr ərzində Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və vəkillik fəaliyyətinin inkişafı üçün bir sıra zəruri tədbirlər görüldüyünü, ölkədə vəkilliyin nüfuzun artırılması istiqamətində bir sıra tədbirlər görüldüyünü vurğulayıb. Bu səbəbdən aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinə xüsusi önəm verildiyini qeyd edən A.Bağırov, bu Memorandumun imzalanması ilə ümumi maraqların, real imkanların və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin birləşdirilməsinə, tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaradılması və inkişaf etdirilməsinə, eləcə də normativ, maarifləndirici və digər materialların hazırlanmasında Kollegiya tərəfindən zəruri dəstək verilməsinin mümkünlüyünü xüsusi vurğulayıb. O, həmçinin Vəkillər Kollegiyasının tərkibində biznes hüququ sahəsində ixtisaslaşan, tanınmış vəkilləri bir arada birləşdirən Biznes Hüququ Komitəsinin yarandığını və Memorandum çərçivəsində Komitə ilə ABA arasında qarşılıqlı səmərəli əməkdaşlığın olacağını da qeyd edib.
Tədbirdə Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunan təqdimat keçirilib.
Sonda tərəflər bir-birinə xatirə hədiyyələrini təqdim ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























