970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək

Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.
AzVak-mobil_resmin_ustu_31
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək.

Marja.az Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, əsas məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir.

Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 faizədək müəyyən edilib.

Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.

Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti 1 ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər.

Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb.  Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.

Qeyd edilib ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Respublikası Prezidentinin 5 mart 2026-cı il tarixli “Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, dövlət büdcəsi hesabına AKİA tərəfindən maliyyələşdiriləcək.

10.06.2026 19:56
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19