Çinin valyuta ehtiyatları sentyabrda azalıb
Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyasının rəis müavini Vanq Çunyin bildirib ki, sentyabrın sonunda ölkənin valyuta ehtiyatları 3,029 trilyon dollar təşkil edib.Çinin valyuta ehtiyatları sentyabrda avqustla müqayisədə 0,85% və ya 25,9 milyard dollar azalıb.
Marja xəbər verir ki, bu barədə cümə günü Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyasının rəis müavini Van Çunyin (Wang Chunying) məlumat verib.
“Sentyabrın sonuna Çinin valyuta ehtiyatları avqust ayı ilə müqayisədə 25,9 milyard dollar azalaraq 3,029 trilyon dollar təşkil edib",- o bildirib.
Van Çunyinin sözlərinə görə, dollar indeksinin artması valyuta ehtiyatlarının azalmasına səbəb olub. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qeyri-sabitlik və qeyri-müəyyənlik faktorları əhəmiyyətli dərəcədə artıb, beynəlxalq maliyyə bazarında əhəmiyyətli volatillik müşahidə olunur.
Mart ayından dollar yuana qarşı möhkəmlənməkdədir. Dollar 7,1 yuana qədər bahalaşıb. Avqustda Çinin valyuta ehtiyatları 49,2 milyard dollar azalaraq 3,055 trilyon dollara düşmüşdü.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 35 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb



















