Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) Hörmüz boğazı ilə bağlı təchizat riskləri və qlobal neft ehtiyatlarında azalmanın qiymətlərə təsirini nəzərə alaraq, bu il üçün orta neft qiyməti proqnozunu yuxarı istiqamətdə yeniləyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “İyun 2026" hesabatına əsasən, bu il Brent markalı neftin orta barel qiymətinin 95,39 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Qurum əvvəlki hesabatında qiymət proqnozunu 94,85 dollar olaraq açıqlamışdı.

Marja xəbər verir ki, Qərbi Texas nefti (WTI) üzrə orta barel qiymətinin isə 88,32 dollar olacağı gözlənilir. EIA ötən ay WTI üzrə qiymət proqnozunu 85,68 dollar səviyyəsində müəyyən etmişdi.

Reklam_3_11

EIA gələn il üçün orta barel qiyməti proqnozunu Brent nefti üzrə 79,39 dollar, WTI üzrə isə 74,39 dollar səviyyəsində müəyyən edib.

Neft qiymətləri ilə bağlı proqnozlarda Hörmüz boğazında 3 aydan çoxdur davam edən faktiki bağlanmanın qlobal neft bazarlarında volatilliyi yüksək səviyyədə saxlaması əsas təsir amillərindən biri kimi çıxış edir.

Hesabatda Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanın yaxın olduğuna dair xəbərlərin təsiri ilə Brent neftinin qiymətinin may ayında bir barel üçün orta hesabla 107 dollara gerilədiyi və aprel ayı ilə müqayisədə 10 dollar azaldığı bildirilib. Bununla belə, razılaşmanın hələ yekunlaşmadığı, regiondakı neft hasilatının mühüm hissəsinin hələ də dayanmış vəziyyətdə olduğu və qlobal tələbin qarşılanması üçün neft ehtiyatlarından istifadənin davam etdiyi vurğulanıb.

Bununla yanaşı, Hörmüz boğazının yayın əvvəlinədək faktiki olaraq bağlı qalacağı, neft axınlarının isə ilin üçüncü rübündə mərhələli şəkildə bərpa olunacağı ehtimal edilir. Hasilat və ticarət axınlarının münaqişədən əvvəlki səviyyələrə qayıtmasının isə 2027-ci ilin əvvəlinədək uzana biləcəyi proqnozlaşdırılır.

Qlobal təchizat fasilələrinin uzanması fonunda neft ehtiyatlarındakı azalmanın sürətləndiyi qeyd edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ümumi maye yanacaq ehtiyatlarının ilin sonunda 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşəcəyi ehtimal olunur.

EIA mövcud təchizat fasilələri səbəbindən neft ehtiyatlarının proqnoz dövrü ərzində münaqişədən əvvəlki səviyyələrə qayıtmayacağını qiymətləndirir. Qurum qlobal ehtiyatların ilin ikinci rübündə gündəlik orta hesabla 6,3 milyon barel azalacağını proqnozlaşdırır.

Qlobal neft tələbi azalma meylinə keçib

Tələb tərəfində isə yüksək yanacaq qiymətləri, yanacaq təchizatında azalma və hökumətlərin istehlakı azaltmağa yönəlmiş tədbirləri neft tələbi üzərində təzyiq yaradır. Tələbin zəifləməsi təchizat itkilərinə baxmayaraq, qlobal neft ehtiyatlarındakı azalmanı qismən məhdudlaşdırır.

Hesabatda tələbdəki azalmanın əsas hissəsinin Yaxın Şərqdən xam neft daşımalarından daha çox asılı olan Asiya ölkələrində müşahidə edildiyi qeyd olunub. Bildirilib ki, Hörmüz boğazının bağlanmasından ən çox təsirlənən regionlarda aktual tələb məlumatları məhdud olsa da, mövcud göstəricilər tələbdə gözləniləndən daha güclü azalmaya işarə edir.

Bu çərçivədə EIA qlobal neft tələbinin 2026-cı ildə gündəlik orta hesabla 1,1 milyon barel azalacağını proqnozlaşdırır. Qurum ötən ay tələbdə gündəlik 200 min barel, fevral ayında isə 1,2 milyon barel artım gözləyirdi.

ABŞ-ın xam neft hasilatında məhdud artım gözləntisi

Digər tərəfdən, ABŞ-da gündəlik orta xam neft hasilatının bu il 13 milyon 720 min barel olacağı gözlənilir. Bu göstərici əvvəlki hesabatda 13 milyon 650 min barel səviyyəsində proqnozlaşdırılmışdı.

Gələn il isə hasilatın gündəlik orta hesabla 14 milyon 150 min barel olacağı gözlənilir. Əvvəlki hesabatda bu proqnoz 14 milyon 100 min barel səviyyəsində idi.

Bu il qlobal neft təklifinin gündəlik orta hesabla 98 milyon 990 min barel, qlobal neft istehlakının isə 102 milyon 860 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Gələn il isə qlobal təklifin gündəlik orta hesabla 109 milyon 320 min barelə, istehlakın isə 105 milyon 320 min barelə çatacağı gözlənilir.

10.06.2026 12:33
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19