Avropada elektrik enerjisinin qiyməti ilk dəfə 1000 avronu keçib
Almaniyada 2023-cü ildə təhvil veriləcək elektrik enerjisi üzrə müqavilənin qiyməti (bençmark qiyməti) regiondakı enerji böhranı səbəbindən ilk dəfə olaraq 1000 avronu ötüb.
Marja.az xəbər verir ki, elektrik enerjisinin qiyməti gündəlik 6,6 faiz artaraq meqavat saat üçün 1050 avroya çatıb.
Cümə günü Fransada elektrik enerjisi fyuçerslərinin qiyməti də 1000 avronu keçib.
Rusiyanın qaz təchizatını kəsməsindən sonra demək olar ki, hər gün Avropada elektrik enerjisinin qiymətləri rekord qırır. Enerji xərclərinin qaçılmaz artması Avropada inflyasiyaya səbəb olur, ev təsərrüfatları və şirkət balanslarına təzyiq göstərir.
Almaniyanın maliyyə naziri Kristian Lindner bir qəzetə deyib ki, hökumət qiymət artımına qarşı təcili addım atmalıdır. Lindner qeyd edib ki, təcili tədbirlər görülməsə, enerji böhranı daha yüksək inflyasiyaya səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





