970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakı Limanı və “Qazaxıstan Dəmir Yolu” razılaşdı

AzVak-mobil_resmin_ustu_31
Bakı Limanı və “Qazaxıstan Dəmir Yolu” razılaşdı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb.

Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri Uskenbayev Kairbek Aitpaeviç, Qazaxıstan Respublikasının Energetika naziri Akçulakov Bolat Uraloviç və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin İdarə Heyətinin sədri Sauranbayev Nurlan Ermekoviç Bakı Limanıda işgüzar görüşdə olubar. Görüş zamanı qonaqlar Bakı Limanın rəhbərliyi ilə görüşüb Bakı Limanı ilə Qazaxstan limanları arasında mövcud olan əməkdaşlıq sahələrini, xüsusi ilə logistika sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və mümkün birgə layihələrin həyata keçirilməsi məsələlərini birgə müzakirə ediblər.

Reklam_3_11

Görüş zamanı həmçinin, Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb. Bu memoranduma əsasən Asiya-Avropa transkontinental marşrutlar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edilməsi ilə sürətli yükdaşımalarının artırılmasında qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.

Qeyd olunmalıdır ki, hər iki ölkənin limanları arasında yük dövriyyəsi artmaqda davam edir. Belə ki, cari ilin 7 ayı ərzində Bakı Limanı vasitəsi ilə Qazaxıstan üzərindən yükdaşımaların həcmi 1 milyon tondan çox olub ki, bu da 2021-ci ilin analoji 7 aylıq dövrünün göstəricisindən 219,1 faiz çoxdur.

23.08.2022 19:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19