SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb13 may 2026-cı il tarixində Daşkənddə keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.
Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edən sənədlər SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov, “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, SOCAR-ın operatoru olduğu layihədə bp saziş üzrə ümumilikdə 40 faiz iştirak payı əldə edib. Bu payın 20 faizi SOCAR-dan, 20 faizi isə “Uzbekneftegaz”dan alınıb. Beləliklə, yeni razılaşmaya görə SOCAR 30 faiz, “Uzbekneftegaz” 30 faiz, bp isə 40 faiz iştirak payına sahib olur.
Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.
Hazırda layihə ilkin mərhələdədir və SOCAR operator qismində seysmik tədqiqat işlərini həyata keçirir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























