“AFB Bank” ABŞ-ın “Habib American Bank”ı ilə əməkdaşlığa başladı
Xidmət keyfiyyətinin artırılması, müştərilərə daha rahat və səmərəli xidmətin göstərilməsi məqsədi ilə “AFB Bank” müxbir əlaqələr şəbəkəsini genişlətməkdədir.
Bankın yaydığı məlumatda bildirilir ki, 22.07.2022-ci tarixdən etibarən AFB Bank ABŞ-nın beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan “Habib American Bank”-la strateji əməkdaşlığa başlamışdır və ABŞ dollarında müxbir hesab açmışdır.
“Habib American Bank” geniş müxbir bank şəbəkəsinə malik olan sadə, rahat, təhlükəsiz ödəniş sistemləri və texnologiyaları ilə seçilən önəmli banklardan hesab olunur.
Qeyd edək ki, “Habib American Bank” “USD Clearing” hesablaşmaları üzrə ilk onluqda yer alır.
Bu əməkdaşlıq çərçivəsində artıq “AFB Bank” müştəriləri xarici valyuta əməliyyatlarını daha asan və sürətli həyata keçirə biləcək. Dollar əməliyyatlarının sadə və asan şəkildə icrasını təmin edən bu uğurlu əməkdaşlıq müştərilərin bank əməliyyatlarını daha funksional bir hala gətirəcək.
Xüsusi olaraq qeyd edək ki, günümüzdə xarici valyuta əməliyyatlarının artması, bu əməkdaşlığı müştərilər üçün daha da önəmli edir.
Bankın məhsul və kampaniyaları ilə bağlı daha ətraflı məlumatı 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi AFB Bank səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







