Dünyada rezonans doğuran tam elektrikli avtomobil Azərbaycanda təqdim edildi - QİYMƏTLƏR
5 dəqiqədə yığdığı enerji ilə 100 km-dən çox məsafə qət edə bilir.Cənubi Koreyanın “Hyundai” markasının Azərbaycanda rəsmi distribütoru “Auto Azərbaycan” şirkəti Tam Yeni IONIQ 5 modelinin satışına başlayır.
Marja.az xəbər verir ki, 26 İyul 2022-ci il tarixində “Auto Azərbaycan” şirkəti Bakıda Babək prospektində yeni istifadəyə verilmiş “Otoplaza Mall”da tam elektrikli nəqliyyat vasitəsi olan IONIQ 5-in təqdimatını keçirib.
Təqdimatda “Auto Azərbaycan” şirkətinin direktoru Emil İsmayılov bildirib ki, bütün dünyada, o cümlədən Azərbaycanda da elektromobillərə təlabat artmaqdıdır. Elektrik enerjisi ilə çalşan avtomobillər həm həm qənaət, həm də ekologiyanın qorunması deməkdir.
“Auto Azərbaycan” şirkətinin Marketinq direktoru Anar İsmayılov bildirib ki, IONIQ 5 Hyundai brendinin növbəti unukal avtomobilidir. Bu avtomobilin unikallığını eksteryerindən interyerinədək görmək mümkündür. IONIQ 5-in ən böyük unikallığı tam dolu batareya ilə daha uzun məsafə qət edə bilməsidir.
“Hyundai Azərbaycan”ın satış direktoru Vüqar Əhmədov Marja-ya bildirdi ki,dünyada böyük marağa səbəb olan tamamilə elektrikli IONIQ 5 avtomobili bir çox innovativ xüsusiyyətləri özündə cəmləşdirir. Bu ekoloji cəhətdən təmiz avtomobil dünyada “İlin Avtomobili” adına sahibdir. Bu səbəbdən IONIQ 5 Koreyanın avtomobil istehsalçısının ən böyük qürurlarından biridir.
Hyundai Ioniq 5 sürətli enerji doldurma (yığma) və daha uzun məsafə vəd edir. IONIQ 5 cəmi 18 dəqiqə ərzində 80 faizə qədər enerji yığa bilir. 5 dəqiqəlik enerji yığmaqla belə 100 km-dən çox məsafə qət edə bilir. IONIQ 5 tam enerji yığmaqla 470 km-dən çox mənzil vəd edir.
IONIQ 5 həm müasir, həm də retro ilhamları özündə birləşdirən dizayna malikdir. 5 yerlik hetçbek olsa belə, bu model daha çox SUV modelinə bənzəyir. Qeyri-adi dizayna malik olan Ioniq 5-də minimalist LED fənərlər var. Təkər bazası üç metr olan elektromobil 20 düymlük yüngül lehimli disklərə malikdir.Bu elektrikli avtomobili gələcəyin elektrik avtomobillərinin istehsalı üçün Hyundai platforması olan E-GMP-də dizayn edilib. Bu sayədə kiçik gövdəsinə baxmayaraq istifadəçilərinə geniş bir daxili məkan təqdim edir.
IONIQ 5-in 12 düymlük ekranı vasitəsilə bir çox funksiyaları idarə etmək mümkündür. Üstəlik, məlumat-əyləncə sistemi bütün telefonlarla ahəngdar işləyir.
IONIQ 5 elektromobili 185 km/saat maksimal sürətə çata, 0-dan 100 km/saat sürəti 5,2 saniyəyə yığa bilir.
IONIQ 5 elektromobili 58 kVt və ya 72,6 kVt-saat olmaqla iki batareya paketi variantında istehsal olunur. Azərbaycanda 72,6 kVt-saat batareya paketi təklif olunur. Bu paketin ön təkərdən və dörd təkərdən çəkiş olmaqla iki versiyası mövcuddur.
IONIQ 5 Azərbaycanda 93 min 900 manat və 99 min 900 manat qiymətlərə təklif olunur.
Hyundai dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
17 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
46 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
54 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)














.jpg)

