Bu bankın kart istifadəçilərinin sayı 1 milyona çatıb
Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 2022-ci ilin ilk yarısı ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin ilk yarısında təkcə Visa və Mastercard debet kartları 76% artaraq, 1 milyona çatıb.
Birinci yarımil həm də Bank üçün çox əlamətdar bir hadisənin baş verməsi ilə yadda qalıb. Apreldə “Unibank”in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı – UCard-ı müştərilərin istifadəsinə verib. Dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartı və AZN valyutalı kredit xəttini birləşdirən tək kart olan UCard, qısa müddət ərzində on minlərlə müştərinin seçimi olub. Multivalyutalı UCard özündə müştərinin arzuladığı əksər üstünlükləri birləşdirib. Həmçinin bank özünün mobil bank tətbiqi UBank-ı və terminal şəbəkəsi UTM-ləri də yeni UCard məhsuluna uyğunlaşdıraraq, kartın müştərilər tərəfindən istifadəsini daha da asanlaşdırıb. Bu gün UCard istifadəçilərinin sayı 100 mini keçib.
Ötən ilin ilk 6 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 6 ayında 3 dəfədən çox artıb. Hesabat dövründə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da çoxalıb. Birinci yarımildə UBank mobil əlavəsinin istifadəçi sayı 1.6 milyonu ötüb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin ilk yarısında mobil tətbiq vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb.
Həmçinin oxu
“Unibank”dan 100 milyon manatlıq böyüməMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)
