Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 2021-ci ili 5 milyon 416 min manat xalis zərər ilə başa vurub və təşkilatın yığılmış zərəri 25 milyon 100 min manata çatıb.
Marja xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi 2020-ci ili 6 milyon 724 min manat, 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlamışdı.
Ötən il Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 21 milyon 320 min manat təşkil edib. Bu gəlirlərin 7 milyon 857 min manatı dövlət büdcəsindən, 13 milyon 463 min manatı göstərilən xidmətlərdən əldə edilib. 2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 15 milyon 495 min manat təşkil etmişdi (8 milyon 213 min manatı dövlət büdcəsindən, 7 milyon 281 min manatı göstərilmiş xidmətlərdən).
31 dekabr 2021-ci il tarixində Bakı Sağlamlıq Mərkəzi 51 milyon 358 min manat cəmi aktivlərə və 50 milyon 614 min manat cəmi kapitala malik olub. Yığılmış zərərə görə Mərkəzin nizamnamə kapitalı 75 milyon 714 min manatdan 50 milyon 614 min manata düşüb.
Azərbaycanın ən böyük tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzi 2014-cü ilin Yanvar ayında istifadəyə verilib. Mərkəzdə müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
























.jpg)
