Boris Conson: “Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var”
“Siz, həmçinin enerji təhlükəsizliyi və transformasiya məsələsini vurğuladınız. Biz indi enerji təchizatımızın yenidən qurulmasının ən intensiv iki paralel mərhələsinə yaxınlaşırıq. Biz Rusiyanın yanacaq ehtiyatları ilə əlaqələrimizi kəsməliyik”.
Bu, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda öz əksini tapıb.
Baş nazir qeyd edib ki, Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var:
“Eyni zamanda, iqlim dəyişikliyi artıq nəzəriyyə deyil. Bu gün daha isti, quru və dəyişkən havanın reallığı yaşayış yerlərinə ziyan vurur və həyatlara son qoyur. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün sürətli bərpaolunan enerjiyə mümkün qədər tez keçməklə xalis sıfıra çatmalıyıq. Dəyişikliyin bu qoşa aparıcı qüvvələri növbəti aylarda və illərdə bərpaolunan enerjiyə böyük sərmayə qoyacaqlar”.
XXX
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
IX Qlobal Bakı Forumunun açılışı münasibətilə Sizi təbrik edirəm. Sabiq, indiki və gələcək liderlərə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm imkanı yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm.
Rusiyanın Ukraynanı qanunsuz və səbəbsiz işğal etməsi məsələsini Forumda əsas müzakirə mövzusu kimi çıxarmaq qərarınızı alqışlayıram. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu qlobal sülh və təhlükəsizliyə yönəlmiş hücumdur. Ukraynanın Mariupol və başqa şəhərlərində amansız qətllər və genişmiqyaslı dağıntılar gələcəyə qorxulu baxış təqdim edir -beynəlxalq hüququn pozulması və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik. Rusiyanın hərəkətləri təhlükəsizlik və daha geniş dünya üçün çox acı nəticələrə səbəb olacaq – təkcə Putinin mənfur blokadasının qlobal ərzaq təhlükəsizliyinə təsirinə baxmağımız kifayətdir.
Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandıraraq, canlı humanitar və iqtisadi yardım göstərərək və Rusiyanın Ukraynadan geri çəkilməsini təmin edərək birgə cavab tədbirləri görməliyik.
Siz, həmçinin enerji təhlükəsizliyi və transformasiya məsələsini vurğuladınız. Biz indi enerji təchizatımızın yenidən qurulmasının ən intensiv iki paralel mərhələsinə yaxınlaşırıq. Biz Rusiyanın yanacaq ehtiyatları ilə əlaqələrimizi kəsməliyik. Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var. Eyni zamanda, iqlim dəyişikliyi artıq nəzəriyyə deyil. Bu gün daha isti, quru və dəyişkən havanın reallığı yaşayış yerlərinə ziyan vurur və həyatlara son qoyur. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün sürətli bərpaolunan enerjiyə mümkün qədər tez keçməklə xalis sıfıra çatmalıyıq. Dəyişikliyin bu qoşa aparıcı qüvvələri növbəti aylarda və illərdə bərpaolunan enerjiyə böyük sərmayə qoyacaqlar.
Forumdan əlavə, mən bilirəm ki, Azərbaycan pandemiyadan sonra biznes üçün açılaraq uğurlu il keçirib, “AVRO 2020” futbol turniri və Formula 1-ə uğurla ev sahibliyi edib. Sizin silahlı qüvvələriniz Kabildə NATO ilə bərabər hava limanında son ana qədər koalisiyanı dəstəkləmək üçün qəhrəmanlıq və peşəkarlıq göstəriblər.
2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir. Bu regionların mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni mərkəzə çevrilməsi fürsətləri var. Lakin münaqişə sonrası çirklənmə maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib. Mən şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı və Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında regional liderliyini göstərərdi.
Xahiş edirəm, Forumun uğurlu keçməsi ilə bağlı ən xoş arzularımı qəbul edin.
Hörmətlə,
Boris Conson
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
4 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
4 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
4 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
5 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 7 saat əvvəl
-
9 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























