Avrozona inflyasiyasında yeni rekord
Avrozonada inflyasiya may ayında illik 8,1 faizə yüksələrək rekord yeniləyib. Beləliklə, inflyasiya ardıcıl 7 ay rekord yeniləməkdə davam etdirib.Avropa Statistika Xidmətinin məlumatına görə, apreldə 7,5 faiz olan illik inflyasiya may ayında 8,1 faizə yüksəlib. İqtisadçıların proqnozu 7,8 faiz təşkil edirdi.
İnflyasiya aylıq 0,8 faiz təşkil edib və 0,6 faiz olan proqnozu üstələyib.
Baza inflyasiya isə əvvəlki 3,5 faizdən 3,8 faizə yüksəlib.
İtaliyada inflyasiya 7,3 faiz, Fransada 5,8 faiz (rekord qırıb), Almaniyada 8,7 faiz (rekord yeniləyib) təşkil edib.
Rusiyanın Ukraynaya hücumundan sonra ərzaq və enerji qiymətlərinin artması inflyasiyanın sürətlənməsinə səbəb olur.
Böyük Britaniya və ABŞ-ın ardınca Avropa Mərkəzi Bankı da yüksək inflyasiyanın qarşısını almaq üçün on ildən artıq müddətdə ilk dəfə olaraq faiz dərəcələrini artırmağa hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















