Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"

AzVak-mobil_resmin_ustu_31
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Trüfel dünyanın ən qiymətli göbələk növlərindən biridir. Bu göbələk növü kənd təsərrüfatı, ekologiya və turizmi birləşdirən perspektivli istiqamətlərdən hesab olunur. Trüfel fındıq ağaclarının kök sistemi ilə simbioz şəraitində inkişaf edir və məhsuldarlığın artmasına müsbət təsir göstərir.

Bu sözləri açıqlamasında "Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Lalə Həmidova söyləyib.

Reklam_3_11

O bildirib ki, Azərbaycanın torpaq və iqlim şəraiti trüfelin inkişafı üçün əlverişli hesab olunur. Xüsusilə Qarabağ iqtisadi rayonu, eləcə də Şəki, Qəbələ və Oğuz bölgələri bu istiqamətdə böyük potensiala malikdir.

Trüfel yalnız kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət etmir, həm də təbii bioloji gübrə funksiyasını yerinə yetirir. Fındıq ağaclarının kök sisteminə peyvənd olunduqdan sonra əlavə azot gübrələrinə ehtiyac azalır. Çünki trüfel ağacla simbioz əlaqədə yaşayaraq həm ondan qidalanır, həm də onun inkişafına müsbət təsir göstərir.

"Azərbaycanda ilk dəfə olaraq trüfel sahəsində fəaliyyət göstərən ictimai birlik kimi məqsədimiz bu qiymətli və hələ geniş tanınmayan göbələk növünün təbliği, istehsalının təşviqi və onun potensialının cəmiyyətə çatdırılmasıdır",- deyə QHT sədri əlavə edib.

İş elanları AzVak.az-da

© Azərtac

11.06.2026 18:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19