“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bazarlarda dönüş siqnalları
İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR və GBP
Avrozona və İngiltərədə faizlərin yüksəldiləcəyi ehtimalları EURUSD və GBPUSD məzənnələrində ucuzlaşma trendinin zəifləməsinə səbəb olmuşdur. Dəstək görərək bahalaşması üçün güclü fundamental göstəricilərin açıqlanması lazımdır.
Bu baxımından, bu həftə önəmlidir, çünki cümə axşamı Bakı vaxtı ilə saat 10:00-da İngiltərə və cümə günü saat 13:00-da Avrozonadan sənaye istehsal həcmi ilə bağlı vacib statistik məlumatlar yayımlanacaqdır.
TRY.
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin müsbət dərc edilməsi və Türkiyədə inflyasiyanın artması özünü USDTRY məzənnənin son beş ayın maksimumuna yüksəlməsində də göstərir.
Bu həftə Türkiyədən də önəmli göstəricilər dərc ediləcəkdir: Çərşənbə axşamı saat 11:00-da işsizlik və cümə günü yenə saat 11:00-da sənaye dövriyyəsi ilə bağlı rəqəmlər.
OIL.
Enerji bazarlarında sanksiyaların güclənməsi və “OPEC Plus”-un hasilat limiti siyasətinə davam etməsi neft qiymətlərinin də 114$-da - maksimumlarda ticarət edilməsinə səbəb olur.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Sərt monetar siyasət nəticəsində inflyasiyanın geriləməsi, əlvan metallar bazarlarında qızılın da müqavimətlə rastlaşmasına səbəb olur. 1871$-ın (60.2 $/qram) qırılması ilə eniş dalğası 1834$-a (59 $/qram) kimi davam edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)

