Türkiyənin xarici ticarət kəsiri 32,5 milyard dollara yüksəlib
Türkiyənin Ticarət naziri Mehmet Muş aprel ayı xarici ticarət məlumatlarını açıqlayıb. Məlumata görə, aprel ayında xarici ticarət kəsiri bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 98% artaraq 6,1 milyard dollar olub. Yanvar-aprel dövründə xarici ticarət kəsiri 32,5 milyard dollara yüksəlib.Aprel ayında Türkiyənin ixracı ötən ilin eyni ayı ilə müqayisədə 24,6% artaraq 23,4 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, aprel ayında ölkənin idxalı isə 35% artaraq 29,5 milyard dollar olub. Xarici ticarət kəsiri aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 98% artaraq 6,1 milyard dollar olaraq qeydə alınıb.
Ticarət naziri Mehmet Muşun açıqladığı məlumatlara görə, aprel ayında xarici ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% artaraq 52,8 milyard dollara çatıb.
Enerji maddəsi 7,7 milyard dollarlıq payla idxalda əhəmiyyətli yer tutmağa davam edib. Enerji istisna olmaqla, ixracın idxala nisbəti 100 faizi ötüb.
Yanvar-aprel dövründə kəsir 32,5 milyard dollar təşkil edib
Yanvar-aprel dövrünə baxıldığında ixrac 21,7% artaraq 83,57 milyard dollara yüksəlib. Eyni dövrdə idxal 40,1% artaraq 116,1 milyard dollar olub. Eyni dövrdə xarici ticarət kəsiri 129,7 faiz artaraq 32,5 milyard dollara çatıb.
Almaniya aprel ayında ixracda birinci olub
Aprel ayında ən çox məhsul ixrac edən ölkə 21% artımla (2 milyard dollarlıq ixrac) Almaniya olub. Almaniyanın ardınca 1,78 milyard dollarla ABŞ və 1,17 milyard dollarla Böyük Britaniya gəlir.
Aprel ayında ən çox məhsl idxal edilən ölkələr; Rusiyadan 151,9% artaraq 5,5 milyard dollara, Çindən 37,3% artaraq 3,29 milyard dollara, yüksəlib, Almaniyadan 5,6% azalaraq 2 milyard dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)

















.jpg)