"Topdan satış yerlərinin çox olmaması məhsulların baha olmasına gətirib çıxarır"
Məhsulun ilkin qiyməti ilə bazar qiyməti arasında 100 faizlik fərq var. İstehlakçı və fermer arasındakı vasitəçilərin davranışlarından dolayı qiymət artımları müşahidə edilir.İqtisadçı ekspert Eldəniz Əmirov isə deyir ki, hazırda bazarda müşahidə edilən qiymətlərin yüksəlməsi süni qiymət artımı ilə əlaqədar deyil. Təbii ki, süni qiymət artımlarının da burada rolu var. Bu, daxili istehsalın maya dəyərinin daha yuxarı olması, idxaldan asılılıq, qlobal inflyasiyadır.
Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi fonunda yaranmış iqtisadi problemlər bazarlarda müşahidə edilən ciddi qiymət artımına gətirib çıxarıb. Süni qiymət artımının səviyyəsi də bazarlarda qiymətlərin daha yuxarı qalxmasına təsir edir. Hazırkı vəziyyətdə fermerlərin becərdikləri məhsula qoyduqları qiymətlə həmin məhsulun marketlərdə satış qiyməti arasında 100 faiz ətrafında fərq var. Fermer tərəfindən 1 manata satılan məhsul marketlərdə 2 manata və daha yüksək qiymətə satılır.
Ekspert bildirir ki, Avropada bu fərq adətən 30-55 faiz arasında müşahidə olunur. Azərbaycanda 100 faizlik fərqin yaranmasının səbəbləri sırasında bir neçə amil rol oynayır. Bunlardan ən başlıcası topdan satış yerlərində müəyyən edilmiş qiymətlərin olmasıdır. Məhsulun istehsalçısı da, alıcısı da çoxdur, amma topdan satış yerləri bir o qədər də çox deyil. Yəni normal rəqabət mühitinin olmadığını müşahidə edirik. Bu da qiymətin təyin olunması məsələsini gündəmə gətirir. Məhz son istehlakçı və fermer arasındakı vasitəçilərin davranışlarından dolayı qiymət artımları müşahidə edilir. Həm topdan satış yerlərinin rəqabət aparacaq qədər çox olmaması, həm də məhsulun fermerdən istehlakçıya çatmasına qədər bəzi subyektin iştirakı sonda məhsulun baha olmasına gətirib çıxarır. Bunu da süni qiymət artımı kimi ifadə edirik.
Eldəniz Əmirov hesab edir ki, Milli Məclisdə Rəqabət məcəlləsinin qəbul olunması bu süni qiymət artımına və digər bu kimi məsələlərə təsirini göstərəcək.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© Aərbaycan
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
3 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























