"Baydenin siyasəti neftin qiymətinin düşməsinə mane olur"
Dallasdakı Cənub Metodist Universitetinin professoru Ceyms Koulman deyib ki, ABŞ lideri neft şirkətlərini “hasilatı artırmaq üçün hərəkətə keçmək əvəzinə” tənqid edir.ABŞ prezidenti Co Baydenin ziddiyyətli siyasəti neftin qiymətinin artmasına təkan verib və enerji problemlərini daha da pisləşdirib.
Marja xəbər verir ki, Texas ştatının Dallas şəhərindəki Cənub Metodist Universitetinin professoru Ceyms Koulman çərşənbə günü "The Wall Street Journal"ın saytında dərc olunan məqaləsində belə qiymətləndirib.
Koulman qeyd edib ki, Amerika lideri “hasilatın artırılması üçün addımlar atmaq əvəzinə” neft şirkətlərini tənqid edir. Eyni zamanda, Bayden seçki proqramında qarşıya qoyulan “öz yaşıl hədəflərinə sadiq qalır”. Müəllif hesab edir ki, bu, enerji sektorunda mövcud problemləri daha da gücləndirəcək.
"Seçki kampaniyasında Bayden Amerikanın neft sənayesinə qarşı son dərəcə sərt tədbirlər görəcəyini vəd edib. O, andiçmə mərasimindən bəri federal torpaqların icarəsi və inkişafı üçün dəfələrlə yeni müqavilələri dayandırıb", - müəllif bildirib.
Koulman xatırladıb ki, ABŞ prezidenti bundan əvvəl Kanadadan ABŞ-a neft kəmərinin tikintisini dayandırmaq haqqında fərman imzalayıb, həmçinin Konqresi neft və qaz şirkətlərini istifadə olunmamış icarəyə götürülmüş yataqlar üçün rüsumları ödəməyə məcbur etməyə çağırıb.
Koulman, "Amerika dünyanın ən böyük neft və qaz istehsalçısı olduğu üçün bu siyasətlər və daha da sərt tədbirlər təhlükəsi qlobal enerji təchizatının kəsilməsi və qiymətlərin artması ilə nəticələnib" deyib.
Onun fikrincə, normal vəziyyətdə neftin yüksək qiyməti hasilatı artıracaq investisiyaları cəlb edəcək, bu da öz növbəsində bazarın sabitləşməsinə gətirib çıxaracaq. "Lakin buna Bayden administrasiyasının ənənəvi yanacaqlara qarşı düşmən münasibəti mane olur" deyə müəllif qeyd edib.
Martın 8-də Bayden Rusiyadan enerji idxalını və Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edən sərəncam imzalayıb. ABŞ Maliyyə Nazirliyi Rusiyadan ölkəyə neft, neft məhsulları, LNG və kömür idxalı üzrə əməliyyatların aprelin 22-dək başa çatdırılması üçün son tarix qoyub. Bundan sonra ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti nəzərəçarpacaq dərəcədə artmağa başlayıb, baxmayaraq ki, ölkədə inflyasiya artıq uzun müddət yüksək səviyyədə idi. Martda inflyasiya fevraldakı 7,9%-dən 8,5%-ə qədər sürətləndi ki, bu da 1981-ci ildən bu yana ən yüksək rəqəmdir.
Ağ Ev rəhbəri qiymət artımını Ukrayna ətrafındakı böhran ilə izah edib. Bundan əlavə, o, Rusiyanın hərəkətləri səbəbindən bütövlükdə ABŞ-da inflyasiyanın rekordlar qırdığını iddia edib. Rusiya prezidenti Vladimir Putin də öz növbəsində Qərbin dünyada enerji qiymətlərinin artmasına görə Rusiyanı günahlandırmağa çalışdığını vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
32 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
53 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























