"Carlsberg" Rusiyaya investisiyaları və məhsul satışını dayandırdı
Danimarkanın "Carlsberg" pivə şirkəti Rusiyaya yeni investisiyaları, eləcə də "Carlsberg"in digər bölmələrinin məhsullarının Rusiyanın "Baltika" şirkətinə ixracını dayandırmaq qərarına gəlib.Danimarkanın "Carlsberg" pivə şirkəti Rusiyaya yeni sərmayələri, eləcə də "Carlsberg"in digər bölmələrindən məhsulların Rusiyanın "Baltika" şirkətinə ixracını dayandırmaq qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə konsernin cümə günü dərc olunmuş press-relizində deyilir.
"Carlsberg Group Rusiyaya yeni investisiyaları, həmçinin "Carlsberg Group"un digər şirkətlərindən Rusiyadakı "Baltika" şirkətinə məhsulların göndərilməsini dərhal dayandırmaq qərarına gəlib. Biz bütün sanksiyalara əməl edəcəyik və Rusiyadakı biznesimizlə bağlı vəziyyəti qiymətləndirməyə davam edəcəyik", -məlumatda bildirilir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Qeyd edək ki, Azərbaycanda da "Carlsberg Azerbaijan" MMC fəaliyyət göstərir. Şirkətin pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər əməkdaş çalışır, əlaqəli sənayelər (təchizatçılar, pərakəndə satış, otel sektoru) üzrə isə iş yerlərinin sayı 3000-dən çoxdur. Zavodun inkişafına yönəlmiş şirkətin ümumi sərmayəsi təxminən 60 milyon manat təşkil edir. Şirkət portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg Blanc 1664, Seth&Riley's Garage kimi məşhur markalar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)