Əmlak sığortası ilə bağlı əhaliyə xəbərdarlıq etdildi
Azərbaycan Sığortaçılar Assosiasiyası daşınmaz əmlakın icbari sığortası ilə bağlı ölkə vətəndaşlarına və sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.
ASA-dan verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə şəhadətnamələrin qüvvədə olma müddəti 1 ildir və ötən ilin bu vaxtlarında müvafiq növ üzrə əldə edilmiş şəhadətnamələrin müddədi bu günlərdə bitmək üzrədir:
“Daşınmaz əmlakın icbari sığortası Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunu ilə tənzimlənir və ölkəmizin əmlak sahibi olan hər bir fərdi üçün məcburi xarakter daşıyır. Daşınmaz əmlakın icbari sığortası növü üzrə şəhadətnamələrin qüvvədə olma müddətinin 1 il təşkil etdiyini və ötən ilin bu vaxtlarında müvafiq növ üzrə əldə edilmiş şəhadətnamələrin müddətinin bu günlərdə bitmək üzrə olduğunu nəzərə alaraq Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq ölkəmizdə əmlak sahibi olan vətəndaşlara və sahibkarlıq subyektlərinə adı çəkilən növ üzrə şəhadətnamələrini yeniləməli olduqlarını xatırladırıq. Xəbərdarlıq edirik ki, əks təqdirdə onlar müəyyən cərimə və məhdudiyyətlərlə üzləşə bilərlər”.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev tərəfindən açıqlanan xəbərdarlıqda daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanmayanlara şamil edilən müvafiq cərimə və məhdudiyyətlər də qeyd olunub:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq riskləri icbari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nəzərdə tutulur. Bu cərimələr də fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manatdır.
Bundan əlavə olaraq, daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən vətəndaş və sahibkarlar digər müəyyən məhdudiyyətlərlə də üzləşə bilərlər. Bu məhdudiyyətlər əsasən ev-əmlak alqı-satqısı və ya girov əməliyyatları zamanı ortaya çıxa bilər.”
İcraçı direktor xəbərdarlıq açıqlamasında daşınmaz əmlakın icbari sığortası ilə bağlı tarif və təminatlara da toxunub. O bildirib ki, adı çəkilən növ üzrə sığorta tarifləri və təminatlar bölgələrə və obyektin təyinatına görə dəyişir:
“Yaşayış təyinatlı daşınmaz əmlaklar üçün Bakı şəhəri üzrə sığorta tarifi 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikanın digər rayon və şəhərləri üzrə isə sığorta tarifi 30 manat, sığorta təminatı 15 min manata qədərdir.
Yaşayış evləri və mənzillər istisna olmaqla digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri isə həmin əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğinə uyğun olaraq müəyyən olunur. Eyni zamanda bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti də nəzərə alınır. Qeyri-yaşayış sahələri üzrə sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində müəyyənləşdirilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
10 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 8 saat əvvəl
-
-
10 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
13 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
13 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
13 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək


























