Rusiya Donbasın bərpasına 1,5 trilyon rubl ayıracaq, Rubl ödəniş vasitəsi olacaq
Rusiya hakimiyyəti Donbasın dağıdılmış infrastrukturuna irimiqyaslı xərclər planlaşdırır və bu vəsaiti vergi ödəyiciləri və Milli Rifah Fondu (NWF) hesabına ödəmək niyyətindədir.
Marja Rusiya mətbuatına istinadən xəbər verir ki, qondarma "Donetsk Xalq Respublikası" ("DXR") və "Luqansk Xalq Respublikası"nda ("LXR") evlərin, yarımstansiyaların, təmizləyici qurğuların, sosial-iqtisadi infrastrukturun və yolların bərpası 1,5 trilyon rubla başa gələcək. Bunu "RİA Novosti"yə Federasiya Şurasının büdcə komitəsinin sədr müavini Sergey Ryabuxin bildirib.
“Üç il ərzində hər il təxminən yarım trilyon rubl tələb olunacaq”, - deyən senator Rusiyanın belə pula malik olduğunu əlavə edib.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "DXR" və "LXR"-nin "suverenliyinin" tanınması haqqında fərmanlar, habelə "respublikalar ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıb. Saziş, Rusiya qoşunlarının "DXR" və "LXR"ə daxil olması, birgə sərhəd mühafizəsi və hərbi bazaların yaradılması ilə yanaşı, Rusiya rublunun ödəniş vasitəsinə çevrilməsini, maliyyə və bank sistemlərinə yardımları nəzərdə tutur.
Donbas Ukraynanın cənub-şərqində, ərazisinin bir hissəsi Rusiya-Ukrayna müharibəsi zamanı separatçılar - "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" tərəfindən işğal edilmiş rayondur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)








