Binalarda quraşdırılan su sayğacları üzrə qaldırılan işə dair qərar qəbul edildi
Sayğacların “Azərsu” şirkətinin hesabına quraşdırılması barədə göstəriş verildi!İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Marja Xidmətin yaydığı məlumata itinadən xəbər verir ki, işə baxılması zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün nəzərdə tutulan suölçən cihazların sakinlərlə deyil, mənzil-tikinti kooperativləri (MTK) ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub.
Qəbul edilən qərara əsasən, qanunvericiliklə müəyyən edilən qaydada tikintisi başa çatan və daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulan çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçiləri ilə bağlanan fərdi müqavilələr əsasında sayğacların su təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə göstəriş verilib.
Qərarda həmçinin sözügedən mənzillərin su təchizatı şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, eləcə də aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)


