Ukraynada gərginliyin artması fonunda neft və qızıl daha da bahalaşdı
Ukrayna və Rusiya arasında gərginliyin artmasından sonra neftin qiyməti 3%-dən çox artıb.Brent markalı neftin bir barrelinin qiyməti 3,5 faiz artaraq 94,59 dollara satılıb. Eyni zamanda, West Texas Intermediate (WTI) xam nefti 4 faiz bahalaşaraq barrelinin qiyməti 93,5 dollara çatıb. Neftin qiyməti 2014-cü ilin sonundan bəri ən yüksək həddə çatıb.
Marja xəbər verir ki, Ukrayna və Rusiya arasındakı gərginliklə bağlı Avropa və ABŞ-ın ardıcıl bəyanatları neftin qiymətinin qalxması tendensiyasına səbəb olub.
Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədində cəmlənməsinin hərbi əməliyyat təhlükəsini artırdığını bildirən İngiltərə, vətəndaşlarının Ukraynaya getməməsini, oradakı vətəndaşlarının isə ölkəni tərk etmələrini tələb edib.
Avropa İttifaqı (Aİ) rəsmiləri də vacib olmayan işçiləri Ukraynanı tərk etməyə çağırıb.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan deyib ki, Rusiya “Çin Olimpiadası” bitməmişdən əvvəl Ukraynaya müdaxiləyə başlaya bilər. Sallivan Ukraynaya təcavüzün hər an başlaya biləcəyini, amerikalıların ölkəni dərhal tərk etməli olduqlarını və işğal olacağı təqdirdə təxliyə əməliyyatı keçirməyəcəklərini bildirib.
Qlobal neft tələbinin canlanması, eyni vaxtda təklifin daha da pisləşəcəyi gözləntiləri neftin qiymətini yüksəldən digər amillərdir.
QIZIL DA BAHALAŞIB
Digər tərəfdən, artan inflyasiya narahatlıqları ilə əlaqədar olaraq qızıl qiymətləri də artıb. Qızıl 1,8 faiz də bahalaşaraq bir unsiyası 1860 dollar olub.
ABŞ-da açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI, inflyasiya götəricisi) yanvar ayında gözləntiləri aşaraq illik 7,5% artıb. Bu, ABŞ-da 1982-ci ildən bəri (son 40 ildə) ən yüksək inflyasiyadır.
Gözləntiləri üstələyən inflyasiya məlumatlarının ardından ABŞ Federal Ehtiyat Sisteminin (FED) mart ayında faiz dərəcələrini 0,50 bənd artıracağı ehtimalı yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






