Mobil telefon oğurlandıqda və itirildikdə dərhal tapılacaq - YENİ MEXANİZM
Mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb.Telekommunikasiya üzrə fərdi identifikasiya kodu – IMEI saxtalaşdırılan mobil cihazların sayı sürətlə artmaqdadır. Bu istiqamətdə hüquq-mühafizə tədbirlərinin gücləndirilməsi, mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb.
Məlumatda qeyd edilib ki, mexanizm ölkədə istifadə olunan mobil cihazlar oğurlandıqda, itirildikdə onun dərhal tapılmasının təmin olunmasına, cinayətkarlıqla mübarizənin effektivliyinin artırılmasına yönəlib.
Müşahidələr göstərir ki, fərdi identifikasiya kodu – IMEI-i saxtalaşdırılmaqla bir mobil cihazın proqram təminatının klonlaşdırılaraq başqa cihazlara köçürülməsi mümkündür. Halbuki IMEI istifadəyə yararlı bütün mobil cihazlara Beynəlxalq GSM Assosiasiyası tərəfindən verilən unikal koddur və bu kod heç bir halda digər cihazın kodu ilə eynilik təşkil etmir.
Saxtalaşdırılma hallarının qarşısını almaq, həmçinin tənzimləmələrin həyata keçirilməsi məqsədilə klonlaşdırılmış mobil cihaz üzrərindəki nömrə dəyişdirildikdə cihaza qarşı məhdudiyyət tətbiq olunacaq. Saxta IMEI-li cihazdakı nömrənin dublikatı çıxarılıb Sim kart yuvasına əlavə olunan zaman da eyni prosedur həyata keçiriləcək. Hər iki halda məhdudiyyət tətbiq olunan mobil cihazların şəbəkə əlaqəsi kəsiləcək.
Mobil cihazların saxtalaşdırılmasını dələduzlar və hakerlər əsasən istifadəçilərdən xəbərsiz həyata keçirdiklərinə görə məhdudiyyət tətbiq olunan telefonların yenidən istifadəsi ilə bağlı da mexanizm hazırlanıb. Sahibi telefonun üzərindəki mobil nömrəni dəyişən zaman şəbəkə təminatı dayandırıldığı halda yaxınlıqdakı “Azərpoçt” şöbəsinə müraciət etməli və yeni nömrə sistemə əlavə olunmalıdır. Bu proses ödənişsiz həyata keçiriləcək.
Cihazların saxta və ya orijinal olması Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən IMEI kodu vasitəsilə müəyyən ediləcək. Eyni IMEI üzərində olan cihazlardan şəbəkədə ilk dəfə görünəni orijinal hesab olunacaq. Digər cihazların orijinallığı ilə bağlı iddialar isə “Azərpoçt” şöbələrində araşdırılacaq. Mobil cihazının orijinallığını iddia edən istifadəçi cihazda *#06# kombinasiyasını yığaraq ekranda əks olunan IMEI kodu və əgər qalırsa, cihazın qutusu ilə poçt şöbəsinə müraciət etməlidir. Bu zaman təqdim olunan IMEI ilə sistemdə ilk görünən nömrənin və kimə məxsusluğunun eyniləşdirilməsi aparılacaq və təqdim onunan cihazın orijinal olub, olmadığı ilə bağlı sahibinə məlumat veriləcək.
Vətəndaşlara “Azərpoçt” şöbələri ilə yanaşı, “157” zəng mərkəzi vasitəsilə də yardım göstəriləcək. Zəng mərkəzi problemlərlə bağlı sualları cavablandıracaq, məhdudiyyət tətbiq edilən cihazların aktivləşdirilməsi üçün lazım olan proseduru vətəndaşlara izah edəcək, eyni zamanda şikayət və təkliflərin qeydiyyatını aparacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 31 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb

















.jpg)


