Milli Televiziya və Radio Şurası büdcə vəsaitinə qənaət edib
Milli Televiziya və Radio Şurası ötən ilin maliyyə hesabatını açıqlayıb.
Hesabat ilində illik plana əsasən dövlət büdcəsindən 1.659.538,50 (Bir milyon altı yüz əlli doqquz min beş yüz otuz səkkiz manat əlli qəpik) vəsait ayrılıb.
Ötən il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1.480.177,71 (bir milyon dörd yüz səksən min yüz yetmiş yeddi manat yetmiş bir qəpik) vəsait təyinatı üzrə istifadə olunub.
Azərbaycan Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 4.000.000,00 (dörd milyon) manat vəsait ayrılmış və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.
Dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179.360,79 (bir yüz yetmiş doqquz min üç yüz altmış manat yetmiş doqquz qəpik) vəsait büdcəyə qaytarılıb.
Şuradan bildirilib ki, maliyyə və texniki nəzarət şöbəsi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitə uyğun ştat cədvəli tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunub. Müvafiq olaraq hər ayın əvvəlində tələbata və verilmiş limitə uyğun xərc maddələri üzrə Maliyyə Nazirliyinə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunmuş və nazirliklə razılaşdırıldıqdan sonra açılmış kreditdən istifadə olunub.
"Milli Televiziya və Radio Şuası tərəfindən 15 fevral - 17 mart və 07 iyun - 07 iyul 2021-ci il tarixlərində elan edilmiş tender üzrə cəmi 2.600,00 (iki min altı yüz) manat büdcədənkənar vəsait daxil olmuş və bu vəsait dəftərxana ləvazimatlarının alınmasına sərf olunub, bundan başqa cari ildə verilmiş lisenziyalardan isə 1.620,00 (bir min altı yüz iyirmi) manat büdcədənkənar vəsait daxil olub. Bu vəsaitdən 1.030,13 (bir min otuz manat on üç qəpik) işçilərə mükafat olaraq verilib, qalan vəsait isə əmək haqqından tutulmalara və bank xidməti xərclərinə sərf olunub, 2,83 (iki manat səksən üç qəpik) vəsait isə büdcəyə qaytarılıb.
2021-ci ilin yanvar ayından etibarən 8 saylı Xəzinədarlıq Agentyilinə növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərc və tələbata uyğun xəzinədarlığa təqdim olunub. Hər ay təsdiq olunan ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə uyğun işçilərə əmək haqqı və mükafatlar vaxtında ödənilib. Əmək haqqından tutulan üzvlük haqqı Həmkarlar İttifaqları Konfederasiyasına, həmçinin digər məcburi ödənişlər (Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən sığorta haqqı, İcbari tibbi sığorta, vergilər) də vaxtında ödənilib. Xərc maddələri üzrə; inzibati binanın icarəsi, rabitə xərcləri, işıqdan, sudan istifadəyə görə ödəniş, poçt, bank xidmətləri vaxtında həyata keçirilib. Hesabat ilində limitə uyğun lazımi texniki və istehsal vəsaitləri və avadanlıqlar alınıb", - qurumdan bildirilib.
Rüblük və illik hesabatlar, həmçinin Milli Mühasibat Uçotu Standartlarına uyğun formalarla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunub.
Milli Televiziya və Radio Şurası 01 noyabr 2021-ci il tarixli 010 saylı Sərəncamına əsasən 30.12.2021 tarixinə mal-material qiymətlilərinin inventarizasiyası aparılıb, köhnələn, istifadəyə yararsız inventarlar, mal-materiallar dəyərlilərinin silinməsi aktı tərtib olunub.
Aylıq hesabatlar Maliyyə şöbəsi tərəfindən Yerli Statistika Orqanına, Məşğulluq İdarəsinə, Maliyyə Nazirliyinə, hər rübün axırında Hesablama Palatasına, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə, illik hesabatlar isə Əmlak Komitəsinə vaxtında təqdim olunub.tatdankənar işçilərin (ekspert qrupu) fəaliyyət göstərməsi üçün maliyyələşmə açılmış və təyinatı üzrə istifadə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)















.jpg)