“Gənclərin biznes emalatxanası” layihəsinə start verildi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılır.
KONİA-nın yaydığı məlumatda bildirilir ki, “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.
2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələlərində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcəkdir.
Noyabrın 30-da müvafiq qurumların nümayəndələrinin və peşə təhsili alan gənclərin iştirakı ilə “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək layihənin peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsi, peşə təhsili bacarıqları və səriştələri əsasında yeni bizneslərin yaradılması, peşə təhsilinə marağın artırılması baxımından əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müvafiq peşə mərkəzlərinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Daha sonra bu gənclər KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunacaq, onlara mentorluq dəstəyi göstəriləcək, biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil olunacaq, uğurlu sahibkarlar tərəfindən “Master class”lar təşkil ediləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqdır.
Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə təqdimatla çıxış edib.
Sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” layihəsinin icrasına dair üçtərəfli sənəd imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Təhsil nazirinin müşaviri Elnur Nəsibov imzaladı.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













