Yeni ştammın yayılması fonunda almaz 10%-dək bahalaşıb
COVID-19 virusunun yeni "omicron" ştammının yayılması fonunda "De Beers" beynəlxalq korporasiyasının əsas yataqlarının yerləşdiyi Cənubi Afrika və Botsvanada tədarük problemləri səbəbindən almaz xammalı son bir neçə gündə 5-10% bahalaşıb.
Bu barədə Hindistanın "Economic Times" nəşri yazır.
Qeyd olunur ki, artan almaz qiymətləri, mümkün təchizat məhdudiyyətləri ilə birlikdə, ABŞ, Çin və Yaxın Şərqdən cilalanmış almaz sifarişləri alan Surat və Mumbaydan olan emalçılar arasında narahatlıq yaradıb.
Hindistanlı emalçılar almazları yüksək qiymətə almaq məcburiyyətində qalmamaq üçün ehtiyatları qoruyub saxlamağa başlayıb.
Xatırladaq ki, qiymətli daşlar və zərgərlik məmulatları Hindistanın ikinci ən böyük ixracatını, almaz isə bu həcmin 63%-dən çoxunu təşkil edir. Dünyada 15 almazdan 14-nü məhz Hindistanda emal olunur.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
13 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)








.jpg)







