Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Rabitəbank” ASC rəqəmsal bankçılıq həllərini genişləndirməyə davam edərək müştərilər üçün daha bir innovativ ödəniş imkanını istifadəyə verib.

Artıq Kartmane kart sahibləri kartlarını Garmin ağıllı saatlarına əlavə etməklə ödənişlərini sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

Yeni xidmət sayəsində istifadəçilər gündəlik ödənişlərini fiziki karta və ya mobil telefona ehtiyac olmadan birbaşa Garmin saatları vasitəsilə icra edə biləcəklər. Bunun üçün müştərilər Kartmane kartlarını Garmin Pay platformasına inteqrasiya etdikdən sonra Garmin ağıllı saatlarını POS terminala yaxınlaşdırmaqla ödənişlərini sürətli, təhlükəsiz və tam təmassız şəkildə həyata keçirə bilərlər.Eyni zamanda Garmin saatları vasitəsilə Rabitəbankın təmassız bankomatlarında da müxtəlif əməliyyatların icrası mümkündür.

“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq təqdim edilən bu xidmət müasir texnologiyaları gündəlik maliyyə əməliyyatlarına inteqrasiya etməklə istifadəçilərə daha çevik bankçılıq təcrübəsi təqdim edir. Garmin Pay texnologiyası beynəlxalq təhlükəsizlik standartlarına uyğun qorunur və ödəniş zamanı kart məlumatlarının təhlükəsizliyini təmin edir.

Garmin Pay xidmətinin aktivləşdirilməsi isə olduqca sadədir. İstifadəçi mobil telefonunda Garmin tətbiqinə daxil olaraq saatın tənzimləmələri bölməsində Garmin Pay funksiyasını seçir, Kartmane kart məlumatlarını əlavə edib qeydiyyatı tamamlayır. Bundan sonra saat üzərində yaradılan rəqəmsal cüzdan vasitəsilə təmassız ödənişlərdən rahat şəkildə istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior“Rabita Businesstətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Rabitəbank Garmin Pay ödəniş xidməti Rabitəbank Kartmane Visa Garmin Pay Rabitəbank təmassız ödəniş Garmin saat Rabitəbank ağıllı saatla ödəniş Garnin Pay Rabitəbank inteqrasiya Kartmane Visa kart Garmin Pay Rabitəbank rəqəmsal bankçılıq yeniliyi Rabitəbank təmassız POS ödəniş Garnin saat ilə ödəniş Azərbaycan Rabitəbank rəqəmsal cüzdan xidməti Rabitəbank innovativ ödəniş həlli Rabitəbank rahat bankçılıq konsepsiyası Garnin Pay təhlükəsiz ödəniş texnologiyası Rabitəbank mobil bankçılıq xidmətləri Rabitəbank Rabita Mobile tətbiqi Rabitəbank Rabita Junior tətbiqi Rabitəbank Rabita Business tətbiqi Rabitəbank ATM şəbəkəsi Azərbaycan Rabitəbank internet bankçılıq Rabitəbank bank xidmətləri Azərbaycan
15.05.2026 17:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19