Külək enerjisi turbinlərinin insana zərərləri varmı?
Külək turbinlərinin titrək işıqları və güclü səs-küyü müxtəlif xəstəliklər yarada bilər. Zərərçəkənlərə 100 min avrodan çox pul ödənilib.Planet üçün zərərsiz hesab edilən külək enerjisinin insan sağlamlığı üçün təhlükəli olduğu məlum olub.
Marja xəbər verir ki, fransuz Christelle və Lyuk Fokert adlı cütlük uzun müddət bu turbinlərin yanında qalmaqdan əziyyət çəkdilərini bildirmiş, bunun məhkəmədə də sübuta yetirilməsinə nail olmuş və 100 min avrodan çox təzminat almışlar.
2008-ci ildə cütlüyün evindən 700 metr məsafədə külək turbinləri quraşdırılmışdır. Beş il sonra isə onlar davamlı şikayətlərlə üzləşiblər - baş ağrıları, depressiya halları, ürəkbulanma, yuxu problemləri və s. Məlum olub ki, ər-arvadın sağlamlığının pozulmasına yel dəyirmanları səbəb olub. Bu dəyirmanların yüksək səs-küy salması və işığın hər iki saniyədə yanıb-sönməsi onları narahat edib və onlar flaş effektini neytrallaşdırmaq üçün hətta ətrafı işıqlandırma sistemlərindən də istifadə ediblər.
Cütlüyün narahatlığının əsl səbəbini məhkəmə-tibbi ekspertizası açıqlayıb. Mütəxəssis bunu "turbin sindromu" ilə izah edib ki, bu zaman külək turbinlərinin titrək işıqları və güclü səs-küyü müxtəlif xəstəliklər yarada bilər. Cütlüyün enerji şirkətinə qarşı ilk iddiaları 2020-ci ildə məhkəmə tərəfindən rədd edilsə də, onlar apelyasiya şikayəti vermiş və şikayətləri təmin olunmuşdur.
Məhkəmənin nəticəsinə əsasən zərərçəkənlərə 100 min avrodan çox pul ödənilmiş, həmçinin altı turbində iş sürəti və işıqlandırma dəyişdirilmişdir.
Cütlüyün vəkili Alice Terrass isə qeyd edib ki, külək stansiyalarının yaxınlığında yaşayanlardan əvvəllər oxşar şikayətlər daxil olmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







