Bravo-dan 40 milyon manatlıq təklif gəlir - 10,5% İLƏ İSTİQRAZ BURAXIR
"Azərbaycan Supermarket" MMC 40 milyon manatlıq istiqraz buraxır. İstiqrazlar üzrə kupon gəlirliyi illik 10.5 faiz təşkil edir."Bravo" marketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC istiqraz buraxılışı yolu ilə 40 milyon manat cəlb etməyi nəzərədə tutur.
Marja xəbər verir ki, MMC hər birinin nominal dəyəri 1000 manat olan 40 min ədəd istiqraz emissiya edir.
İstiqrazların növü - faizli, təminatsız, sənədsiz, adlı istiqrazlardır.
İstiqrazların illik faiz dərəcəsi (kupon gəlirliyi) 10.5 %-dir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 3 il müddətində, hər 3 təqvim ayından bir bir ödəniləcəkdir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcəkdir.
İstiqraz buraxılışından əldə olunacaq vəsait şirkətin böyümə strategiyasına uyğun olaraq yeni layihələrin maliyyələşdirilməsinə və cari lahiyələrin icrasının sürətləndirilməsinə yönəldilməsi nəzərdə tutulub. "Azərbaycan Supermarket" 2021 və 2022-ci illərdə strateji böyümə planına uyğun olaraq bütün nəzərdə tutulan tikinti və yenidən qurma lahiyələri üzrə 50 milyon 695 min 875 manat xərcləməyi nəzərdə tutur. O cümlədən, "Superstore" tipli mağazaların tikilmə və yenidən qurma layihələri üzrə 13 milyon 908 min 468 manat, "Supermarket" tipli mağazaların tikilmə və yenidən qurma layihələri üzrə 17 milyon 734 min 825 manat, "Convenience store" tipli mağazaların tikilmə və yenidən qurma lahiyələri üzrə 6 milyon 475 min 81 manat, "Express" tipli mağazaların tikilmə və yenidən qurma lahiyələri üzrə 12 milyon 577 min 501 manat xərclənməsi planlaşdırılır.
İstiqrazların emissiyası haqqında qərar 02 sentyabr 2021-ci il tarixində “Azərbaycan Supermarket” MMC-nin təsisçiləri tərəfindən qəbul edilib.
Buraxılış dövlət qeydiyyatına alındıqdan sonra yerləşdirmənin başlanmasına ən azı 2 iş gün qalmış hərracın baş tutacağı tarix “BakıFond Birjası” QSC-nin və anderrayterin saytında investorlara açıqlanacaqdır.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Buraxılışın Baza Emissiya Prospektində şirkətdə mühüm iştirak payına sahib olan şəxslər haqqında da məlumata verilib. Qeyd edilib ki, “Azərbaycan Supermarket” MMC-nin 25% iştirak payı “İdeal Biznes Ko” MMC-yə, 25% iştirak payı “Yevro Standart” MMC-yə, 50% iştirak payı isə Mir Calal Paşayevə məxsusdur.
“Azərbaycan Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti 27.02.2015-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
Hazırda “Azərbaycan Supermarket” şirkətinin gəlirinin əsas hissəsi mağaza şəbəklərində qida və qeyri-qida məhsullarının satışından formalaşır. Bundan əlavədə iri ticarət obyektlərində (hipermarketlərdə) fəaliyyət göstərən şəbəkəyə məxsus uşaq oyun zonalarından, həmçinin kafelərin fəaliyyətindən əldə olunan gəlir cəmiyyətinin ümumi gəlirinin bir hissəsini formalaşdırır.
“Azərbaycan Supermarket” MMC şirkəti “Bravo Supermarket” MMC şirkətinin yeganə təsisçisidir. Hal-hazırda “Bravo Supermarket” MMC-nin fəaliyyəti dondurulmuşdur.
“Azərbaycan Supermarket” MMC əsas məqsədi - Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə etibarlı brend olmaq, bu sahədə yeni texnologiyaları, o cümlədən strategiyaları tətbiq etmək, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)

