Naxçıvan iqtisadiyyatı 0,7 faiz artıb
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Muxtar respublikada 2021-ci ilin yanvar-avqust aylarında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 4066,4 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 772 milyon 115 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
* * *
Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 664 milyon 188 min 700 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 638 milyon 141 min 300 manatı və ya 96,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2021-ci ilin yanvar-avqust aylarında 338 milyon 53 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 15333 ton, süd istehsalı 70239 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır.
* * *
2021-ci ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 39 milyon 794 min 600 manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 7,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 29 milyon 746 min 200 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,3 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2021-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 146 milyon 65 min 300 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 22,3 faiz çoxdur. Verilmiş kreditlərin 16 milyon 734 min 100 manatı və yaxud 11,5 faizi qısamüddətli, 129 milyon 331 min 200 manatı və yaxud 88,5 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 sentyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 96534-ə çatmışdır ki, bunun da 83316-sı və ya 86,3 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-avqust aylarında açılmış 29250 bank hesabının 29212-si aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2021-ci il tarixə 1481-ə çatdırılmışdır.
* * *
2021-ci ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 544,1 manata çatdırılmışdır ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
* * *
1 avqust 2021-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1696 nəfər artaraq 462 min 439 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)

