Neftin qiyməti üç ilin rekordunu yenilədi - GECƏ DAHA DA BAHALAŞIB
Neftin qiyməti üç illik rekord səviyyələri yeniləyərək 80 dollar/bareli də aşıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 07:47-də Brent nefti 2,9% bahalşama ilə 80,35 dollardan, ABŞ xam nefti isə 3,1% bahalaşma ilə 76,25 dollardan ticarət olunub.
Brent nefti 2018-ci ilin Oktyabr ayından bəri ən yüksək səviyyəyə çatıb.
Neftin bahalaşmasının səbəblərindən biri, investorlar bütün dünyada neft və neft məhsulları ehtiyatlarının azalmasına diqqət yetirməyə davam etmələridir.
Keçən həftə, dünyanın hər yerindəki anbarlar 21 milyon barel boşalıb və ABŞ-ın kommersiya xam neft ehtiyatları 2019-cu ilin dekabrından bu yana ən aşağı səviyyəyə düşüb.
"Goldman Sachs" analitiklərinin hesablamalarına görə, okeanlarda üzən tankerlərdə saxlanılan nefti nəzərə alsaq, ehtiyatlar gündə 4,5 milyon barel azalır - bu, tarixdə rekorddur.
Qlobal investisiya bankı "Goldman Sachs" Brent markalı neftin ilin sonuna olan proqnozunu 10 dollar artıraraq 90 dollar/barelə çatdırıb.
Yanacağa olan tələbat sürətlə bərpa olunur, neft təklifi isə tələbin artmasından geri qalır. Qlobal tədarüklər, koronavirusun Delta variantının yayılması və İda qasırğasının ABŞ-ın istehsalına vurduğu zərbə ilə əlaqədar olaraq azdır. Qısası, bazarda kəsir mövcuddur.
Neft istehsal edən ölkələr pandemiyadan sonra az investisiya və ya təmir gecikmələri davam etdiyinə görə hasilatı artırmaqda çətinlik çəkirlər.
Qlobal enerji çatışmazlığı yaxın günlərdə və hətta həftələrdə əmtəə bazarlarında vəziyyəti müəyyən edəcək: qışın yaxınlaşması ilə tələbatın təklifdən artıq olması ilə qiymətlər daha da arta bilər.
"Hess Corp"un prezidenti Greg Hill, qlobal neft tələbatının 2021-ci ilin sonunda və ya 2022-ci ilin birinci rübündə gündəlik 100 milyon barrelə yüksələcəyini nəzərdə tutur. IEA-nın məlumatına görə, 2019-cu ildə, COVİD-19 pandemiyasının iqtisadi fəaliyyətə və yanacağa olan tələbata zərbə vurmadan əvvəl, dünya 99,7 milyon barel neft istehlak edirdi.
Hindistanın neft idxalı avqust ayında üç ayın ən yüksək səviyyəsinə çatıb.
Analitiklər deyirlər ki, mayeləşdirilmiş təbii qazın (LNG) və kömür qiymətlərinin qalxması da neftin qiymətini daha da artıra bilər.
Kömür tədarükünün çatışmazlığı, sərt emissiya standartları və sənayedən güclü tələbat səbəbiylə kömür qiymətlərini rekord həddə yüksəlib. Dünyada təbii qaz qiymətləri də kəskin yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
12 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
13 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
13 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib














.jpg)







