7 ayda Rusiyanın şokoladlı məhsullarının ixracı 23% artıb - AZƏRBAYCAN İLK 5-LİKDƏ
2021-ci ilin 7 ayında Rusiyadan şokoladlı şirniyyat məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 144 min ton təşkil edib. Marja xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında "Agroexport" federal mərkəzinin məlumatında deyilir.
"Bu il müsbət dinamika davam edir: 2021-ci ilin yanvar-iyul aylarında Rusiya xarici bazarlara 371 milyon dollar dəyərində 144 min ton şokoladlı qənnadı məmulatı ixrac edib. İxrac 2020-ci ilin eyni dövrü ilə müqayisədə fiziki həcm baxımdan 23%, fəyər baxımdan 24% artıb", - məlumatda deyilir.
Məlumata görə, 2021-ci ilin sonuna qədər Rusiyadan şokolad ixracı 760 milyon dolları keçə bilər. Nəticədə Rusiya şokolad tədarükçüləri arasında 11-ci yerindən İsveçrəni qabaqlayaraq dünyanın ilk onluğuna daxil ola bilər.
"Agroexport" qeyd edib ki, bu il rus şokoladı və ondan hazırlanan məhsullar 75-dən çox ölkəyə göndərilib. Bununla belə, aparıcı alıcılar MDB ölkələri olaraq qalır. Rusiya şokolad ixracının təxminən beşdə birini Qazaxıstana edib və Qazaxıstana 72 milyon dollar dəyərində 28 min ton şokoladlı şirniyyat məhsulları ixrac edilib.
Özbəkistan, 2021-ci ildə Rusiyadan idxalı əhəmiyyətli dərəcədə artması səbəbindən ikinci yerə yüksəlib. Yanvar-İyul aylarında həcm ifadəsilə 72% artaraq 17 min tona, dəyər ifadəsilə 56% artaraq 37 milyon dollara yüksəlib. Rus şokoladlı qənnadı məmulatlarının ənənəvi alıcıları arasında Belarus da var: yanvar-iyul aylarında bu ölkəyə ixrac 34 milyon dollar (+ 25%) məbləğində 13 min ton (+ 11%) təşkil etmişdir.
Ən böyük 5 alıcı ölkələrin siyahısına Azərbaycan və Çin də daxildir. Bundan əlavə, 2021-ci ildə ilk dəfə olaraq Rusiya şokolad məhsulları Nepal, Bosniya və Herseqovina və Makedoniya kimi ölkələrə də çatdırılıb.
"Agroexport" bunu da qeyd edib ki, bu gün artıq Rusiyada istehsal olunan şokolad və şokolad məhsullarının üçdə biri ixrac olunur. Hazırda 120-yə yaxın Rusiya şirniyyat şirkəti ixrac fəaliyyəti ilə fəal məşğul olur, bu 2019-cu illə müqayisədə 72% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)




