Neft Fondunun bölüşdürülməmiş mənfəəti 40 milyard manatı ötüb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ili 5 milyard 360 milyon 109 min manat xalis mənfəətlə başa vurub.
Bu, 2019-cu illə müqayisədə 24,2 % çoxdur.
Hesabat dövründə ARDNF-in bölüşdürülməmiş mənfəəti isə 15,3 % artaraq 40 milyard 269 milyon manata çatıb.
Ötən il ARDNF-in cəmi əməliyyat gəliri 5 milyard 328 milyon manat (əvvəlki illə müqayisədə 19,9 % çox), əməliyyat xərcləri isə 87 milyon 460 min manat (15,4 % az) təşkil edib. Fond həmçinin birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində 32 milyon 871 min manatlıq pay, törəmə müəssisənin satışından isə 86 milyon 149 min manat gəlir əldə edib. Eyni dövrdə ARDNF-in mənfəət ödəmələrindən qənaəti isə 0,593 milyon manat olub.
Qeyd edək ki, 2021-ci ilin iyulun 1-nə ARDNF-in aktivləri 44 milyard 104,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2 % çoxdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. 6 ay ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)

















.jpg)