Inter Milan 25 illik sponsorunu dəyişir
Bundan sonra futbol köynəklərinin üzərində Pirelli-nin loqosu olmayacaq...Son illərdə kriptovalyuta birjaları və ticarət platformaları idman sahəsində ənənəvi sponsorları sürətlə əvəz edir.
Marja xəbər verir ki, iyun ayında Formula 1-in ən böyük kripto platforması Crypto.com-la 5 illik, 100 milyon dollardan artıq sponsorluq müqaviləsi, iyulda isə məşhur döyüş çempionatı UFC-nin eyni platforma ilə 10 illik, 175 milyon dollarlıq sövdələşməsi son böyük razılaşmalardandır.
İndi isə növbə yenə də futbolundur. Futbol üzrə İtaliya A seriyasının son çempionu, ölkənin ən titullu klublarından olan Inter (Internazionale) özünün 25 illik sponsoru, avtomobil təkərləri istehsalçısı və Formula 1 idman yarışının da başlıca dəstəkçisi Pirellini yeni investorla əvəz edir. Bu dəfə Inter kriptovalyuta birjası Socios.com-u əsas sponsor qismində seçib. Sövdələşmənin maliyyə detalları açıqlanmasa da, bu ittifaqın ən azı 6-7 il davam edəcəyi şübhəsizdir.
Xatırladaq ki, Socios.com həm də Barselona, Yuventus, Milan, Pari sen Jermen, AS Roma, Atletiko Madrid, Arsenal, Mançester Siti, Galatasaray, Trabzonspor kimi futbol komandaları ilə əməkdaşlıq edir.
Yeni sponsorların cəlb olunmasının əsas səbəblərindən biri pandemiya səbəbindən son il yarım ərzindəki ciddi maliyyə itkiləri və belə vəziyyətdə ənənəvi sponsorlarla işləməyin çətinliyidir. Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) may ayında klubların pandemiya səbəbindən 9 milyard avro (10,55 milyard dollar) gəlirdən məhrum olduğunu açıqlamışdı.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 2 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)









.jpg)







