Neftin daha da ucuzlaşacağı nəzərdə tutulur
Bazar ertəsi günü təxminən 4% ucuzlaşmış neft, koronavirusun Delta növünün yayılması və dolların bahalaşması fonunda ucuzlaşmağa davam edəcək. Marja xəbər verir ki, bu barədə Saxo Bank-dan bildiriblər.
Marja xəbər verir ki, Saxo Bankın Əmtəə bazarları departamentinin rəhbəri Ole Hansenin fikrincə, Brent neftinin müqavimət nöqtəsi bir barel üçün 65 dollar ola bilər.
Bu gün Brent markalı neftin qiyməti 68 dollardan da aşağı düşüb.
Hansenin dediyinə görə, ucuzlaşmada hərəkətverici amil, yaxın gələcəkdə tələbatın bərpasına təsir edə biləcək koronavirusun Delta növünün dünyada yayılması ilə bağlı investor qorxularıdır.
O bildirib ki, neft üçün əlavə bir "külək" dolların məzənnəsinin artmasıdır.
"Hələ də bazar OPEC + ölkələrinin neft hasilatını artıra biləcəyini güman edir. Buna görə neft istehsalçıları qiymətləri dəstəkləmək üçün addım ata bilərlər. Bunu nəzərə alaraq, Brentin 65 dollara dəstək tapmalı olduğuna inanırıq",- o deyib.
Hansen hesab edir ki, neftin qiyməti 65-75 dollar arasında dəyişəcək.
Koronavirusun "Delta" versiyası ilk dəfə Hindistanda keçən ilin oktyabr ayında aşkar edilib. Bu növün "Delta plus" variantında daha da yoluxucu olduğu düşünülür. İqtisadçılar Delta versiyasının yayılmasının bir çox ölkənin, o cümlədən Çinin inkişaf tempini ləngidə biləcəyindən qorxurlar. Məsələn, Goldman Sachs Group və JPMorgan Chase bankları, COVID-19-un bu daha yoluxucu variantına görə Çin üçün 3-cü və 2021-ci il üçün makro proqnozlarını aşağı salıblar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)





.jpg)






