Lider sığorta şirkəti ali məktəb ilə Memorandum imzaladı
Bakı Ali Neft Məktəbi (BANM) və “PAŞA Həyat Sığorta” ASC arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Memorandum imzalanıb. Tərəflər arasında əməkdaşlıq onların fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir.
6 avqust 2021-ci il tarixində imzalanmış Memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, Ali Məktəbin tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.
Eyni zamanda, Ali Məktəbin tələbə kontingenti üçün Şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması və şirkətin əməkdaşlarının Ali Məktəbdə qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.
Memorandumda Şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, Ali Məktəb tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində Ali Məktəb tələbələrinin Şirkətin təşkilatçılığı ilə Şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur. Bütün bunlar “PAŞA Həyat”ın işə götürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.
Əməkdaşlıq sazişini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov imzalayıblar. Bu Memorandum müddətsiz olaraq bağlanılıb.
“Biz Azərbaycanın intellektual əsgərlərini yetişdiririk. “PAŞA Həyat Sığorta” ASC ilə imzaladığımız Əməkdaşlıq Memorandumu bu istiqamətdəki fəaliyyətimizi sürətləndirəcək. BANM-nin tələbələrinin “PAŞA Həyat”da təcrübə keçməsi onların gələcək karyeralarında mühüm rol oynayacaq. Eyni zamanda, bu onların gələcəkdə “PAŞA Həyat”da işlə təmin olunmalarına imkan yaradır. Ali Məktəbimizin məzunları “PAŞA Həyat”da çalışarsa, bununla qürur duyaram”, – deyə BANM-nin rektoru Elmar Qasımov bildirib.
“PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov isə vurğulayıb: “Hər bir şirkətin uğurunun sirlərindən biri də onun potensiallı kadrlarıdır. Biz BANM-nin tələbələrinə təcrübə keçmələri üçün hər cür şərait yaradacağıq. Tələbələrin təcrübə qazanması onların gələcək karyeralarında mühüm rol oynayır. Digər tərəfdən, tələbələrin “PAŞA Həyat”da təcrübə keçmələri onlara iş imkanları yaradır. Biz gələcəkdə tələbələr üçün işçi bazası yaratmağı düşünürük. BANM-in çox uğurlu məzunları, yüksək səviyyəli tələbələri var. İstəyirik ki, “PAŞA Həyat”da məhz belə mütəxəssislər çalışsın. Belə tələbələr yetişdiridiyiniz üçün, Elmar müəllim, sizə təşəkkür edirik. Əməkdaşlığımızın dövlətimiz, cəmiyyətimiz üçün yararlı olacağına əminəm.”
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
55 d. əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
7 saat əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
16 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
17 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
17 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 17 saat əvvəl
-
22 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"






















