“Rabitəbank” ASK ilə əməkdaşlığa başladı - sahibkarlara güzəştlər ediləcək
(®️) Hər zaman müştərilərinin qayğısına qalan və onlara bizneslərinin inkişafı istiqamətində dəstək olan Rabitəbank koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı həyata keçirilən dövlət dəstəyi tədbirlərində də fəal iştirak edir.
Bu tədbirlər çərçivəsində Rabitəbank müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsidir.
Bu fəaliyyətin bir nümunəsi kimi Bank Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfiderasiyası ilə əməkdaşlığa start verib. Bu əməkdaşlıq proqramı çərçivəsində Konfiderasiyaya üzv sahibkar və təşkilatlar Rabitəbankın biznes məhsullarını və bütün bank xidmətlərini xüsusi imtiyazlarla əldə edə biləcəklər. Tətbiq olunacaq güzəştlər həm də fərdi mahiyət daşıyır. Güzəştlərlə ətraflı tanış olmaq üçün keçid edin - http://rbt.az/ask
Bank ənənəvi biznes kreditləri ilə yanaşı Sifarişlər və İnvoysların Maliyyələşdirilməsi biznes məhsullarını da təklif edir. Bu məhsullar ənənəvi biznes kreditindən mal və xidmətlərin təchizatının girovsuz, qısa zamanda və sərfəli şərtlərlə maliyyələşdirilməsi üstünlüyü ilə seçilirlər. Nəticədə bank sifarişçi və icraçı tərəflər arasında kəsintisiz tərəfdaşlığa töfhə verir, maliyyə resurslarına sahibkarların çıxış imkanlarını genişləndirir.
Sahibkarlar rahat bankçılıq imkanlarından rəqəmsal mühitdə də faydalana biləcəklər. Rahat interfeysli mobil bankçılığı, çoxfunksional internet bankçılığı və müasir bank tələblərini rahatlıqla icra edən RabitaBot çatbotu sahibkarların iş planlamasını sürətləndirir.
Qeyd edək ki, Rabitəbank paytaxt şəhər daxil olmaqla ölkənin 16 regionunda ümumi 27 xidmət məntəqəsi ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri barədə məlumatları www.rabitabank.com internet səhifəsindən, 133 nömrəli Çağrı Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)
