"Holcim Azərbaycan" şirkətinin yüzlərlə səhmdarı dividend xəbərindən məyus oldu
Xəbər verdiyimiz kimi, 30 iyul 2021-ci il tarixində Bakı şəhərində "Hyatt Regency" otelində sement istehsalçısı "Holcim Azərbaycan" ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilib. Yekunda səhmdarlar təklif olunan dividendlərin bölüşdürülməsini təsdiq ediblər.
"Holcim Azərbaycan" ASC-nin səhmlərinin 66%-i "Holcim LTD"yə, 24%-i "Holcim Auslandbeteiligungs GmbH" şirkətinə, qalan faizləri isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. Əsas səhmdar "Holcim LTD" olduğundan hər bir məsələ bu şirkətin istədiyi şəkildə olur, fiziki şəxs səhmdarların qərarlara təsir imkanları yoxdur.
Marja xəbər verir ki, ASC-nin fiziki şəxs səhmdarları ödəniləcək dividendlərdən narazıdırlar. Əsasən Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan şirkətin fiziki şəxs səhmdarları məyus olublar və ödənilən dividendin çox az olduğunu bildirirlər.
Marja.az-ın əldə etdiyi məlumata görə, "Holcim Azərbaycan" ASC-nin son iki maliyyə ili üzrə səhmdarlarına dividend ödəniləcək. Bir səhmə görə - 2019-cu maliyyə ilinin yekunları üzrə 5,66 manat, 2020-ci maliyyə ilinin yekunları üzrə 1,35 manat olmaqla cəmi 7,01 manat dividend ödəniləcək. 186 səhmdən ibarət olan bir payın (səhm paketinin) sahibi 1303,86 manat dividend alacaq.
Qeyd edək ki, Azərbaycanda rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Qeyd edək ki, indiyədək "Holcim Azərbaycan" ASC 2018-ci və 2019-ci illər üçün illik hesabatlarını, o cümlədən mənfəət və zərər hesabatını ictimaiyyətə açıqlamayıb.
“Holcim Azərbaycan” ASC-nin fiziki şəxs səhmdarları 20 ildən çoxdur sahib olduqları səhmlərə görə dividend ala bilməməkdən şikayətlənirlər.
Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda "Holcim Azərbaycan" ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər.
Bu gün Bakı Fond Birjasında "Holcim Azərbaycan"nın 1 səhminin alış qiyməti 29 manat, satış qiyməti 30,45 manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
17 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
46 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
54 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)






.jpg)









