Mikayıl Cabbarov İsraildədir
Azərbaycanla İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.
Marja bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir İsrailin xarici işlər naziri Yair Lapidlə görüşüb.
Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq əlaqələri diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan və İsrail arasında əməkdaşlıq yalnız iqtisadi tərəfdaşlığa deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Ölkəmizdə daim yəhudi icmasına böyük hörmət və müsbət münasibət mövcud olub, icma Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyan, diplomatik əlaqə yaradan ilk dövlətlərdəndir. Ölkələrimiz arasında qarşılıqlı etimadın formalaşmasında dövlət başçılarının səfər və görüşləri xüsusi əhəmiyyət kəsb edir. İsrail 44 günlük Vətən Müharibəsi dövründə və müharibədən sonra Azərbaycanı daim dəstəkləyib, Ermənistanın təcavüzü ilə bağlı İsraildə Azərbaycana dəstək xarakterli müxtəlif tədbirlər təşkil edilib, bəyanatlar səsləndirilib.
M.Cabbarov qeyd edib ki, Azərbaycan-İsrail Birgə Komissiyasının fəaliyyətinin aktiv şəkildə davam etdirilməsi üçün rəhbərlik etdiyi qurum müvafiq işlər görür, məlumat və əməkdaşlıq bazasını genişləndirir. O, ötən ay təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verib, İsrail investorlarını iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayə qoymağa dəvət edib.
Azərbaycanlı nazir İsrailin inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə görüşü keçirilib. Görüşdə ikitərəfli iqtisadi münasibətlərimizin gücləndirilməsi perspektivləri və yeni əməkdaşlıq imkanları, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirakda marağı ifadə olunub.
İsrailli nazirlər ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni imkanlar yaradacağını, kənd təsərrüfatı, İKT, investisiya, turizm kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























