Ford 764 min avtomobil satıb
Qlobal bazar payı 5% ətrafındadır….2-ci ən böyük amerikan avtomobil istehsalçısı, dünya bazarında isə ilk 5-likdə qərarlaşan Ford Motors bu ilin aprel-iyun ayları ərzində 764 min ədəd avtomobil satıb.
Marja şirkətin rüblük hesabatına istinadla xəbər verir ki, Fordun gəlirləri 26,8 milyard dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artım deməkdir.
Gəlirlərin böyük hissəsi - 15 milyard dollar Şimali Amerikadakı satışlardan əldə olunub. İlin birinci yarısında Fordun qlobal avtomobil bazarındakı payı 5,1% təşkil edib. Çip böhranı səbəbindən şirkət 700 min avtomobilin istehsalını təxirə salmalı olub. Xalis mənfəət isə ötən ilki göstərici (1,12 milyard dollar) ilə müqayisədə azalıb - 553 milyon dollar.
Ford rüb ərzində bir sıra maraqlı yeniliklər də edib:
Mustang Mach modelinin elektrikli versiyası - Mustang Mach-E artıq ABŞ-da ikinci ən çox satılan elektrikli idman avtomobilinə çevrilib;
F-150 Lightning elektromobili yenicə - may ayında təqdim olunsa da, artıq 120 min ilkin sifariş alıb;
Fordun 5 nəfərlik yeni pikapı Maverick-in və il sonunda istifadəyə verəcəyi sürücüsüz avtomobilinin ilkin təqdimatı olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)





.jpg)








