Neft daha da ucuzlaşdı
Brent neftinin qiyməti yenidən 72 dollar səviyyələrinə düşüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 18:58-də Brent nefti 1% ucuzlaşma ilə 72,70 dollardan ticarət olunub.
Neft, koronavirusun Delta variantına dair narahatlıqlar və Birləşmiş Ərəb Əmrliklərinin OPEC-in razılaşmaya yaxınlaşması ilə əlaqədar olaraq ucuzlaşır.
Qeyd edək ki, İyul ayının əvvəlində Brent neftinin qiyməti 78 dollara yaxınlaşmışdı.
Həmçinin bu həftə güclənən dollar ilə əlaqədar olaraq da ABŞ valyutasında ticarət olunan əmtəələrin cazibəsi azalıb, xam neft qiymətləri də bundan təsirlənib.
Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun ayı neft bazarı hesabatına görə, qlobal iqtisadiyyatdakı güclü artım, yeni növ koronavirus pandemiyasına qarşı peyvəndləmənin sürətlənməsi və məhdudiyyətlərin yüngülləşdirilməsi neft tələbinin daha da artmasına səbəb olacaq.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
- 21 d. əvvəl
-
- 33 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
-
1 saat əvvəl
Sərnişinlər "Dərnəgül"dən "28 May"a birbaşa gələ bilməyəcəklər
-
1 saat əvvəl
Moody’s Azərbaycan dövlətinə məxsus şirkətə ilk dəfə Baa3 reytinqi verib; proqnoz müsbətdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Çinin avtomobil ixracında güclü artım
Lökbatanda yerləşən anbarın 50 faizə yaxını yanıb
Sərnişinlər "Dərnəgül"dən "28 May"a birbaşa gələ bilməyəcəklər
Moody’s Azərbaycan dövlətinə məxsus şirkətə ilk dəfə Baa3 reytinqi verib; proqnoz müsbətdir
Ən çox oxunanlar
Tramvay geri qayıdır
Trampdan İran açıqlaması: “100 faiz əminəm”
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi

















.jpg)







