eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi
Elektron ticarət dünyasının köklü şirkəti olan eBay son dövrün ən aqressiv satınalma təkliflərindən birinə “yox” deyib.
Marja xəbər verir ki, GameStop şirkətinin ötən həftə təqdim etdiyi, hər səhm üçün 125 dollar dəyərində olan (ümumilikdə 56 milyard dollar) təklif eBay rəhbərliyi tərəfindən strateji və maliyyə baxımından yetərsiz hesab edilib.
GameStop-ın təklifi eBay səhmdarlarına cümə gününün bağlanış qiyməti üzərindən 20% bonus vəd edirdi. Lakin maliyyə göstəriciləri satınalma təşəbbüsünün qarşısındakı ən böyük maneəni ortaya qoyur:
Təklifdə ödəniş strukturu 50% nağd və 50% GameStop səhmləri formasında idi.
GameStop-un təxminən 10 milyard dollarlıq bazar dəyəri eBay-in dəyərinin dörddə birindən belə azdır.
GameStop bu satınalmanı maliyyələşdirmək üçün 20 milyard dollar borc götürməyi planlaşdırırdı.
GameStop-ın rəhbəri Ryan Cohen bu birləşməni yalnız maliyyə addımı kimi deyil, fiziki və rəqəmsal pərakəndə satışın birləşdirilməsi kimi görür.
Cohen-in planına görə, GameStop-un ABŞ-dəki 1600 mağazası eBay-də satılan kolleksiya məhsulları üçün “təsdiqləmə mərkəzi” kimi istifadə olunacaqdı.
Mağazalar eyni zamanda e-ticarət platforması üçün göndəriş və qaytarma mərkəzləri funksiyasını yerinə yetirəcəkdi.
Cohen birləşmədən sonrakı ilk 12 ay ərzində 2 milyard dollar həcmində xərclərə qənaət təmin etməyi öhdəsinə götürmüşdü.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)





.jpg)







