Bakıda fərqli konseptdə “Ofisait” mağazası açılır
10 iyun 2021-ci il tarixində Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsində “Ofisait” mağazalar şəbəkəsinin fərqli konseptdə mağazası açılacaq.
Mağazalar şəbəkəsinin sahibi “İnci” Şirkətlər Qrupundan Marja-ya bildirilib ki, “Kitab Ofisait” adı ilə fəaliyyət göstərəcək yeni mağazanın sahəsi 680 kvadrat metrdir.
“Ofisait” mağazalar şəbəkəsinin indiyədək istifadəyə verilən mağazalarında daha çox ofis və məktəb ləvazimatları satılır, təxminən məhsulların 30%-ni kitaplar təşkil edir. Yeni konseptdə istifadəyə veriləcək “Ofisait” mağazasında isə məhsulların təxminən 80%-ni kitablar, 20%-ni ofis və məktəb ləvazimatları olacaqdır. Burada hər cür (məktəbəqədər hazırlıq, məktəb kitabları, romanlar, dedektiv, klassik, biznes, tarix, hüquq və s. kitablar), müxtəlif dillərdə kitabların satışı təşkil ediləcəkdir.
Yeni istifadəyə veriləcək “Ofisait” mağazasında daimi olaraq “4 al 3 ödə” satış şərti qüvvədə olacaqdır (4 kitap alan, 3-nün pulunu ödəyəcək, 4-cü kitab pulsuz olacaq). Eyni zamanda, İyunun 10-dan ayın sonunadək 20-80%-civarında endirim kampaniyası keçiriləcəkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
-
10 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
11 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
11 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























