Azərbaycanda investisiyalar azalıb
2017-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 533,4 milyon manat və ya əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 3,5 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, vəsaitin 2 milyard 982,0 milyon manatı neft sektoruna, 1 milyard 551,4 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 83,9 faizi məhsul istehsalı obyektlərinin, 11,2 faizi xidmət sahələri üzrə obyektlərin, 4,9 faizi isə ümumi sahəsi 506,5 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 36,5 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8 faiz, bank kreditləri 10,8 faiz, büdcə vəsaitləri 10,3 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi istifadəyə verilmişdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 7 d. əvvəl
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)







.jpg)








