SOCAR Ukraynaya “Rosneft”in dizel yanacağının ilk tədarükünü həyata keçirdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyanın “Rosneft” şirkəti ilə birgə yaradılan və Ukraynaya neft məhsulları tədarük edəcək şirkətin operatoru “SOCAR New Enegry” “Rosneft”in istehsalı olan dizel yanacağının Ukraynaya ilk tədarükünü həyata keçirib.
Bu barədə “Enkorr”a bazar iştirakçıları bildiriblər.
Artıq 2 min ton həcmdə yanacaq "OKKO Qrupu"na daxil olan şirkətin ünvanına tədarük edilib. Bu barədə nəşrə müsahibəsində mənbə bildirib. O əlavə edib ki, bugünün sonuna yanacaq gömrük rəsmiləşdirilməsindən keçəcək.
SOCAR Rusiyanın “Rosneft” dövlət neft şirkətinin Ukraynaya neft məhsullarını ixracında operator qismində iştirak edəcək. Əldə olunan məlumata görə, “SOCAR Trading” şirkətinin İsveçrə ofisi ukraynalı tərəfdaşları ilə satışa və əlaqəyə nəzarət edəcək. Bu arada, həcmlərin paylanmasında və satışında şirkətin Ukrayna ofisinin rolu istisna deyil.
“Enkorr”un mənbəsinin məlumatına görə, şirkətin may ayı üçün kvotası 100 min tondan artıq dizel yanacağı və 12 min ton sıxılmış qazdır. Bununla belə, bazar iştirakçıları əvvəllər tədarükün başlanması üçün ehtimal olunan müddətin yalnız iyun ayının əvvəli ola biləcəyini qeyd etdilər.
Həmçinin bildirilir ki, SOCAR-ın TERM müqavilələri üzrə ilk mayeləşdirilmiş neft qazı (LPG) tədarükü 2021-ci ilin iyul ayından təklif edilə bilər. İlk belə müqavilənin orta dəyəri “Argus daf Brest” kotirovkası üzrə aylıq hər ton üçün 25 ABŞ dolları təşkil edə bilər. “SOCAR New Enegry” “Rosneft” şirkətinin avtomobil qazının spot partiyalarını may və iyun aylarında ortalama “daf Brest” kotirovkası üzrə hər ton üçün 40 ABŞ dolları dəyərində satışını təklif edir.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)









